“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


18.04.2024  15:43 

Ermənistanın beynəlxalq hüquqda tanınan sərhədini İran göstərə bilərmi?





A+  A-

İran prezidenti İ.Rəisi ordu günü ilə bağlı çıxışında region dövlətlərini İsraillə əlaqələrini dayandırmağa və İrana arxalanmağa çağırdı. İran mətbuatında İsraillə ən çox əlaqəsi olan dövlət dedikdə Azərbaycan Respublikası nəzərdə tutulur. Əlbəttə, BƏƏ və Bəhreynin də İsraillə münasibəti İranı narahat edir.

İran ABŞ-la razılaşma əsasında İsrailə 300-ə yaxın PUA və raket atdı. Cəmi 3 adam öldü. Maraqlıdır ki, o 3 adamın üçü də müsəlmandır; İranın raketi də harada müsəlman var, onu tapır, öldürür. İsrailin hərbi aviabazasına dəyən zərər də minimaldır.
Nəticəsinin nə olmasından asılı olmayaraq raket və PUA zərbələri endirməsi faktından İran təbliğat üçün aktiv istifadə edir. Əhalisinin qarşısında özünü güclü göstərmək istəyir. Bilir ki, İsrailin 2-3 zərbəsi ilə əhalisi İran hökumətinin üstünə qalxacaq. İranın ABŞ-la apardığı gizli danışıqların şərtləri üzə çıxdıqca İran hökumətinin vəziyyəti çətinləşəcək.

İ.Rəisinin “İrana arxalansınlar” bəyanatının verilmə fonu çox maraqlıdır. İranın Ermənistandakı səfiri tamamilə zidd bəyanatlar verdi; Ermənistanı Azərbaycana qarşı qızışdırmaqda davam edir. Azərbaycanla Ermənistanı dialoqa çağırır, suverenlik və beynəlxalq aləmdə tanınan ərazilərin pozulmaması prinsipini bir daha yada salır. Həmin ərəfədə Aİ rəsmən bildirdi ki, onlar üçün Ermənistanın dövlət sərhədi yoxdur. Bu bəyanatın verilməsinin motivasiyası da aydın idi: Aİ missiyasının təmsilçiləri Tavuşa gedərkən 60 km yol əvəzinə 250 km yol getmişdi. Çünki ortada olan sərhədlərin bir qismi onlar üçün mübahisəli idi, Azərbaycan ərazisi kimi göründü və bu izahı verdilər.

Ermənistana uzun müddət yardım, siyasi hamilik etmiş, xristian klubu Aİ Ermənistanın dövlət sərhədinin olmadığını bildirir. Aİ-nin Ermənistandakı səfiri Maraqosun fikrincə, onlar üçün 1991-ci ilin Almatı bəyanatı əsasdır. Bu bəyannamə əsasında da delimitasiya, demarkasiya keçirilməlidir. İran isə bildirir ki, Ermənistanın beynəlxalq aləmdə tanınmış sərhədi var. Buyur, ay İran zəhmət olmasa o sərhədi göstər. Ermənistan səni sayıb, nəsə məsləhət edibmi, ay İran? Ermənistan sənə əlində müsəlman Azərbaycana qarşı alət kimi baxır, ay İran. Səfirin dediyi dialoq yolu necə olmalıdır?! N.Paşinyan Tavuşa gəlir və əhali ilə danışır. Bildirir ki, bu kəndləri verməliyik, onlar Azərbaycanındır. Azərbaycanın da rəsmi mövqeyi var ki, 4 kəndi qaytarın. Bəyanat verib, raket və PUA atmayıb. Dialoq nə formada olur?! İran özünün anlamındakı o dialoqu Ermənistandakı ağalarına başa salsın. Səbəb aydındır. Nə baş verməsindən asılı olmayaraq İran ancaq Azərbaycanı günahkar bilir. İranın İsrailə zərbəsindən sonra Paşinyanın yenidən 4 kəndə gəlməsi və verdiyi izah çox şeyi göstərir. N.Paşinyan başa düşüb ki, burada 4 kəndin mübahisəsinin yubanması İranı əlavə şeylərə şirnikləşdirə bilər. Gəldi, bildirdi ki, dialoq, dinc danışıq yolu ilə Azərbaycanın haqqını Azərbaycana qaytarıram. İranın inandığı dində, qonşuluq prinsipində o torpaq kimə aiddir, bu ayrı. Xristian Ermənistanın fikrincə, bu torpaq Azərbaycana məxsusdur.

Rusiya sülhməramlılarını Qarabağdan çıxartdı və Azərbaycana da bununla xüsusi münasibətini göstərdi.

Regionda gərgin vəziyyət yaranıb, İran İsrailə qarşı hücum planını ABŞ başda olmaqla hamı ilə məsləhətləşdi. Yalnız Rusiya ilə məsləhətləşmədi. Rusiyada da başa düşüblər ki, İran bu regionda “şuluqluq” edə bilər və dərhal da Azərbaycana xüsusi münasibət göstərdi. Çünki Azərbaycan Prezidenti bu qaydada siyasət aparıb. RF sülhməramlıların çıxmasından RF XİN-nin xəbəri olmadı. Prezident V.Putin birbaşa RF Müdafiə Nazirliyinə tapşırmışdı. Bu zona RF üçün artıq XİN-dən daha çox RF Müdafiə Nazirliyinin kompetensiyasındadır.

İsrailin Azərbaycanda hərbi bazası yoxdur. İşğaldan azad olunan ərazilərdə aeroportlar tam bizim özümüzündür. Bu ərazilərdə, Cənub zonamızda İsrailin heç bir hərbi bazası yoxdur. İran hərbçiləri ölkəmizin ərazisində 5 günü işğaldan azad olmuş ərazilərdə olmaqla 1 həftəlik monitorinq aparıblar. İstədikləri yerə giriblər. Üzlərinə heç bir qapı bağlanmayıb. Bakıda həqiqəti deyib, İrana getdilər. İndi o hərbçiləri tapa bilmirlər. İran o hərbçiləri həbs edib, öldürüb, bilinmir İran İsraildən qat-qat böyük dövlətdir. Əgər biz müstəqil siyasətimizi İranın qabağında qoruya biliriksə, İsrailin qabağında çoxdan qorumuşuq.

İran heç vaxt müstəqil olmayıb:

ı. İranın sərhədində 30 il şiə-müsəlman torpağı erməni və havadarları tərəfindən işğal altında olub. Şiə-müsəlman torpağının işğalda qalmasında dözməyə İranı hansı qüvvə vadar edib?!

ıı.30 il ərzində İran ərazisindən Ermənistana 2 milyard dollar (ABŞ-ın etdiyi yardım qədər) maliyyə yardımı daxil olub. Ermənistan prezidentlərinin deməyinə görə İran işğalçı Ermənistan üçün həyat yolu olub. Kim İran hökumətini bu işi görməyə təhrik edib?!

ııı.Sünik və ya Zəngəzurun kimə məxsusluğunu deməyi İrana qadağan ediblər. Müstəqil dövlətə belə qadağa qoya bilməzlər. İrana isə qoyurlar.

İndi İranın siyasəti Azərbaycana nifrətdən, müsəlmana kin-küdurətdən, şiənin qanını içmək hissindən asılıdır.

İran İsrailin qarşısında son əməliyyatda uğursuzluqlarına daha çox fikir versin, “dəvəquşu siyasətindən” imtina etsin. ABŞ-la razılaşmanın nəticəsi olaraq Suriyadan qoşunlarını çıxardır, Hizbullahı tədricən Livan hökumətinə təhvil verəcək, husilərin məsələsini Səudiyyə Ərəbistanın maraqlarına uyğunlaşdıracaq. Bunlar da gec-tez bəllənəcək.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri



Xəbər 555 dəfə oxunub.




30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +