Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir


14.03.2024  10:25 

Şəmkirdə yanğın - VİDEO





A+  A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində yerləşən istixana kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.

Xəzərnews.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus hər birinin sahəsi 120 kv.m. olan 8 ədəd istixananın ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib. FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində istixanada baş verən yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsindən istixananın ərazisində yerləşən mazut çəninin içərisində 10 ton mazutun 5 tonu, 3 ədəd istixananın polietilen üzlükləri 150 kv.m. sahədə, ətrafda toplanmış məişət və taxta tullantıları 100 kv.m sahədə yanıb.

İstixana kompleksinin böyük hissəsi və 5 ton mazut yanğından mühafizə olunub.



Xəbər 2490 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +