“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


11.03.2024  15:37 

İran üçün Azərbaycanla münasibətdə həqiqət anı yetişib





A+  A-

Ermənistanın xarici işlər nazirinin müavini V.Kostanyan İranın dəvəti ilə martın 10-da Tehranda Ə.Kaani ilə görüşüb. Onu nazir H.Ə.Abdullahiyan da qəbul edib. V.Kostanyan ER XİN-də Qərblə əlaqələrin kuratorudur. Son vaxtlar İranla da münasibətləri onun kurasiyasına veriblər. İyirmi gün bundan əvvəl V.Kostanyan məsləhətləşmələr üçün Tehranda olmuşdu. Onun ardınca ER Baş nazirinin müavini M.Qriqoryan Ermənistan-İran hökumətlərarası komissiyasının iclasını keçirib.

Təxminən 19-a yaxın əsasən iqtisadi məzmunlu sənəd imzalandı. M.Qriqoryana Qərblə bağlı narazılıq çatdırıldı. Onu İ.Rəisi qəbul edərkən daha sərt fikirlər işlətdi. Yaxın həftə ərzində ER Müdafiə naziri S.Papikyan Tehranda səfərdə oldu. Bu Ermənistan tərəfinin təşəbbüsü ilə idi. İranlı həmkarı ilə görüşdü, görüş barədə əvvəlcə ümumi standart məlumat yayıldı. Sonra isə İranın Müdafiə Nazirliyi ikinci məlumat yaydı. Bu məlumat artıq İranın mövqeyində dəyişikliyi göstərdi. İranın Müdafiə Nazirliyi Ermənistanın Qərblə əlaqələrini xüsusi plana çıxartdı. İranın Silahlı Qüvvələrinin baş qərargah rəisi M.Bagiri ilə görüş ötəri deyil və Papikyanın Bagiri ilə görüşü barədə isə yalnız informasiya yazıldı, məzmun açıqlanmadı. M.Bagiri ali dini liderin nümayəndəsidir.

Sonradan S.Papikyanı İ.Rəisi qəbul etdi və Ermənistana sərt şəkildə xəbərdarlıq etdi ki, regiondan kənar qüvvələri regiona gətirib, gərginlik yaratmaq lazım deyil.

İranın siyasilərinə, Ermənistan üzrə işləyən dövlət adamlarına çox vacib tövsiyəmiz var.

Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Avropa təxminən eyni düşüncədədir. İranın anlamında regiondan kənar qüvvə anlaşılmır. Ermənistanla İran arasında hətta bu mövzuda ciddi polemika da oldu. Bəzən İran özünü elə aparır ki, guya Türkiyə də regiondan kənar qüvvədir; Region Gürcüstan, Ermənistan, Azərbaycan və İrandan ibarətdir, hətta orada Rusiya da yoxdur. Cənubu Qafqaza söykənən Avropa regiondan kənar qüvvə olur, amma Hindistan regiondan kənar qüvvə olmur?! Silah almaq gərginlik yaradırsa, İran Hindistan silahını gərginlik yaradan kimi qəbul etməlidir. Bu da izah olunmalıdır ki, niyə görə Hindistan regional dövlətdir və onun silahları İran ərazisi vasitəsilə Ermənistana daxil ola bilər?! ABŞ, Aİ-nin Ermənistanla bütün intensiv əlaqələri İranın gözünün qabağında olub. İran Ermənistanda PA rəhbəri (Sonra S.Sərkisyan onu İrana səfir təyin etdi.) A.Tumanyanla Avropaya meylli partiya yaratmışdı. ABŞ-ın Ermənistandakı səfirliyi həcminə görə dünyada ikinci ən böyük binadır və əməkdaşlarının da sayı 200-dən çoxdur. Hətta İran mətbuatı özü etiraf edib ki, içərisində də Amerika hərbçiləri ola bilər. ABŞ səfirliyində ən azı 3 şöbə İranla məşğuldur. İranda dini azadlıqlar, cinsi azlıqlar, müəyyən qrupun dini yolla Avropaya göndərilməsi, və s. işlər çoxdan qurulub. Bu dövrdə də İran həmişə Ermənistanın başını sığallayıb. İndi birdən-birə də Ermənistan İranı anlamaqda çətinlik çəkir. Bu S.Papikyanın son səfərinə xüsusilə aiddir. Yunanıstan NATO dövlətidir. 44 günlük müharibədən az sonra İran NATO üzvü olan Yunanıstana Ermənistanın ordusunu bərpa etmək, gücləndirmək təklifini verdi. Təbii ki, maliyyə İrandan gələcəkdi. Təxminən 4 il bundan əvvəl İranın irəli sürdüyü təklifə S.Papikyan Yerevanda NATO üzvü Yunanıstanın Müdafiə naziri ilə görüşdükdən dərhal sonra Tehrana getdi.

Amerikanın planı əsasında Fransa vaxtilə İran İslam inqilabının liderini Nəcəfdən çıxarıb, gətirib özündə yaşatdı.. Cəmi altı aydan sonra Tehranda inqilabı yetişdirdilər. Fransa da NATO-nun üzvüdür. Bu gün Parsabadda Ermənistana yaxın ərazidə birgə müəssisə işlədir. Kipr formal da olsa Ermənistana hərbi əməkdaşlıq təklif edir. Tehranda isə vəziyyət dəyişib. Yenə anlaşılmaz vəziyyət var. Azərbaycanın Baş nazirinin müavini, İranla hökumətlərarası komissiyanın, İran-Azərbaycan münasibətlərinin kuratoru Şahin Mustafayevin xidməti 8 anklav kənddən 4-nün təcili Azərbaycana qaytarılmasını tələb etdi. Çünki Azərbaycan Ermənistanın Avropa, ərəb dövlətləri və İran istiqamətində aktivliyini görür. Ermənistan da bu aktivliyi Ermənistan-Azərbaycan arasında danışıqların yubanmasına sərf edib. Bir azdan daha gərgin vəziyyət yarana bilər.

Azərbaycan tənzimlənmə prosesinə təkan verməkdən ötrü 8 kənddən 4-nü tələb edib, qalan 4-ü üzrə danışıqlar gedə bilər. Bu Ş.Mustafayevin xidməti bu məlumatı yayan kimi İran görünür Vaan Kostanyanı da məhz bu xəbərə görə çağırıb və ortadakı narazılığı, İranın Qərblə bağlı iradlarını unutmaq, yenidən İranın Ermənistanı gücləndirmək variantlarını ortalığa qoymaq təşəbbüsünü irəli sürüb. Çünki Azərbaycan 4 kəndi götürə bilər və bu 4 kəndin Azərbaycanın ərazi bütövlüyünə daxil olması barədə heç bir kəsdə, heç bir xəritədə şübhə yoxdur.

İran region dövlətləri üçün, ictimaiyyəti, xüsusən bizim üçün maraqlı olan bir neçə sualın cavabını çox aydın verməlidir:

I. Ermənistan 30 il ərzində nə vaxtsa İranın hansısa bir vasitəçilik təklifini qəbul edibmi? 3+3 formatı İranın son dövrlərdə ən çox dəstəklədiyi formatdır. Bu təşəbbüsün müəllifi olan Azərbaycan və Azərbaycan Prezidentinin adını çəkmir. Amma başqa variantı da yoxdur, dəstəkləməlidir. Çünki Azərbaycan Prezidenti istəyir ki, regiona aid mövzuları region dövlətləri həll etsinlər. Bunu Azərbaycan Prezidenti irəli sürüb. Ermənistan bunu rədd edib. İran sadəcə formal olaraq bu təklifi dəstəkləyir. Niyə görə Ermənistan bu formatda İranın vasitəçilik təşəbbüsünü dəstəkləmir və İran nəinki susmur, Ermənistana dəstəyini artır?!

II.İran Ermənistanın Azərbaycanla sərhədini bilirmi?! Bilirsə, beynəlxalq hüquqa uyğun və bölünməz hesab etdiyi sərhədi niyə gizlədir?!

III. Süniyin (Zəngəzur mahalının) tarixini İran bilirmi?! Bildiyini açıqlasa çox yaxşı olardı.

Azərbaycan işğal altında olan torpaqlarını qaytardı, Qarabağ üzərində də suverenliyini tam bərpa etdi. Amma İran gərginlikdən danışır. Belə alınır ki, Azərbaycan Ermənistanla münasibətində SSRİ dövründə yaranmış problemləri həll edib. SSRİ-dən əvvəlki dövrdə isə problemlər bu gün də özünü göstərir və gərginliyin də mənbəyi odur. O problemin də adı Sünik və ya Zəngəzur mahalıdır. Ermənistanın Zəngəzur mahalını, Sünik koridoru nə deyilməsindən asılı olmayaraq idarə etməyə gücü və potensialı yoxdur. XX əsrin əvvəllərində XI ordunu regionda gətirən iki mühüm səbəbdən biri məhz Sünik, Zəngəzur mahalındakı gərginlik idi. İndi də gəlməlidirmi?

Krım da SSRİ-nin səhvlərindən idi. Putin indi onu düzəldir. Bəlkə Azərbaycan da belə etsin?!

Mərkəzi Asiyadan keçib Qafqaza gələn Cin SSRİ-nin bu yolda basdırdığı kaset bombalara dözməyəcək. Bəlkə Çinin İrana tapşırığını gözləyək?!

SSRİ yarananda bütövlükdə Zəngəzur mahalı ilə birlikdə Zəngəzur koridoru da Azərbaycanın tərkib hissəsi idi. SSRİ dövründə saxta milli siyasət mövzusu ortalığa qoyuldu və saxta milli siyasət Zəngəzurun Azərbaycandan alınıb, Ermənistana verilməsi ilə başlandı. Sonra Kreml Mərkəzi Asiyada fars, türkün, qırğız, qazaxın içində həm etnik, həm də ərazi, dövlətçilik baxımından çox qəribə mozaika yaradıb. İranda Mərkəzi Asiya regionunu bilirlər. SSRİ dövründə saxta milli siyasətdən indi ona görə danışmırlar ki, gərək birinci növbədə hər şey Sünikdən başlasın. Sünik də Azərbaycana keçərsə Azərbaycan xeyli güclənə biləcək. İran ölümünə razı ola bilər, təki Azərbaycan güclənməsin.

Hazırda İranın ətrafında çox mürəkkəb proseslər gedir. Onu həm İranın daxilində, həm də ətrafında baş verənlərdə görmək olar. Əfqanıstanla sərhəddə son baş verənlər də bunun bariz nümunəsidir. Əfqanıstan, Pakistanda, ərəb ölkələrində də bilirlər ki, ABŞ-la Çin İran üzərində razılığa gəliblər. Sadəcə müddəti 5-6 ay uzana bilər. Ona görə hamı İrana iştahalanıb. Əfqanıstan Kabildə İranın daha başqa bahalı binasını istəyə bilər. Tehran bunu nəzərə alsın.

Yaranmış vəziyyətdə Çin, ABŞ kontekstində İran üçün ən yaxşı çıxış yolu Azərbaycan Respublikası ilə əlaqələri qurmaqdır. Azərbaycan vasitəsilə neftini, qazını da Avropaya çıxara bilər. H.Ruhani Bakıda səfərdə olarkən Xəzər dənizində İran-Azərbaycan həmsərhəd ərazisində iki yatağın mənimsənilməsi ilə bağlı müqavilə imzalandı. O müqavilələr Azərbaycana İran üçün neftini dünya bazarına çıxarmağa əsas yaradır. İrana pul lazımdır, Azərbaycan vasitəsilə pul qazana bilər. Biz İranın qazını alıb, öz daxilimizdə işlədib, ildə 12 milyard m3 qazımızı Avropaya sata bilərik. Avropada bizim qazımızı gözləyirlər, amma İran Azərbaycanın güclənməməsi naminə bu addıma hətta ölsə də belə gedə bilməyəcək.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi
Mübariz Əhmədoğlu


11 mart 2024-cü il


Xəbər 612 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +