Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


09.08.2022  12:40 

Onlar vəhdəti – birgəyaşayışı pozmağa çalışırlar...





A+  A-

Azərbaycanda İslamı – dini mühiti korlayan amillərdən biri də digər müsəlman ölkələrində, xüsusən də İranda keçirilən mərasimlərdə baş verənləri bizim cəmiyyətə sırımaqdır. Və yaxud da müxtəlif təriqətlərin dini rituallarını lağ obyektinə çevirərək İslamı və onun müqəddəslərini gözdən salmaqdır. Bu tip videoları, fotoları yayanlar İrana (ki bəziləri belə iddia edir, amma ad çəkən yoxdur) işləyənlər qədər təhlükəlidir. Bu işdə sosial platformaların feysbuk seqmentində olanlar daha fəaldır. Ateislər, deislər, dəyuslar və nə bilim daha kimlər, kimlər...

Onlar aranı qızışdırır, məzhəblərarası nifaq yaradır, sünni-şiə təbliğatı aparır və beləliklə də Azərbaycanda mövcud olan vəhdəti – birgəyaşayışı pozmağa çalışırlar.

Təəssüf ki, bəzi insanlar da təsir altına düşür, bilərəkdən və ya bilməyərəkdən onların paylaşdıqları videoları təkrar-təkrar paylaşır, öz aləmlərində məzələnirlər.

Bunlar özü-sözü olmayanlar, başqalarının ipi ilə quyuya sallananlardır.

Bunların sırasında elələri də var ki, şəxsən tanıyırıq, istedadlı insanlardır. Baxırsan yekə kişidir və yaxud da qadın, amma di gəl, feysbuk səhifəsi islamafob statuslarla “zəngindir”. Normal müzakirə açmaq, fikirlərini əsaslandırılmış formada təqdim etmək yoxdur. Ancaq lağlağı...

Məhərrəmlik vaxtı imamları, Ramazan vaxtı oruc tutanları, Qurban vaxtı qurban kəsənləri, namaz qılanları və ümumiyyətlə İslama aid bütün nə varsa lağlağı obyektinə çevirirlər.

Siz elə bilirsiniz ki, imanlı – dindar olmaq, namaz qılıb, oruc tutmaq, sədəqə, zəkat vermək asandır?

Elə bilirsiniz ki, hər gün yuxunun şirin yerində - sübh saat 4-də yuxudan durub ibadət etmək asandır?

Mən hələ gecə namazlarını demirəm...

Danışanda da “mənim qəlbim təmizdir” deyirlər. Adə, çirkli olub nə edəcəksən?

Tualetə gedəndə təharətin yox, ramazanda orucun yox, məhərrəmlikdə əzadarlığın yox, yaradanına təkbirin, şükrün, zikirin, həmd-sənan yox...

Belə yaşamağa nə var ki?

Yaşa, bu da sənin – sizin haqqınız, amma başqasının yaşamına – itaətinə və ibadətinə, dininə imanına-imamına dil uzatma, burnunu soxma...

Vəssəlam!

Niyaz Niftiyev

Xəbər 1379 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +