İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


14.06.2019  13:06 

2018-ci il büdcəsinin icrası: rəqəmlər və tendensiyalar





A+  A-

Bu gün Milli Məclisdə “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və hesabat müzakirəyə çıxarılacaq. Hesabat 2018-ci ildə ölkədə formalaşmış makroiqtisadi mühiti, həmçinin 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclərin icra vəziyyəti ilə bağlı göstəriciləri, il ərzində götürülən dövlət borcları, ehtiyat və məqsədli büdcə fondlarının vəsaitindən istifadə haqqında vəziyyəti və digər zəruri məlumatları özündə əks etdirir.
2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 ilyard 149 milyon manat proqnoza qarşı 22 milyard 508,9 milyon manat (proqnozdan 1,6 faiz çox) icra olunub. Bu göstərici 2017-ci ilin göstəricisindən 36,3 faiz çoxdur.

Dövlət büdcəsi gəlirlərinin yığılmasının 7 milyard 415,5 milyon manatı və ya 32,9 faizi Vergilər Nazirliyinin, 3 milyard 434,0 milyon manatı və ya 15,3 faizi Dövlət Gömrük Komitəsinin, 10 milyard 959,0 milyon manatı və ya 48,7 faizi Dövlət Neft Fondundan transfertlərin, 700,4 milyon manatı və ya 3,1 faizi digər gəlirlərin payına düşür.

Dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 2018-ci ildə 28,2 faiz təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 4,7 faiz çoxdur. Dövlət Neft Fondundan transfert nəzərə alınmadan 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 11 milyard 549,9 milyon manat təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 1 milyard 133,2 milyon manat və ya 10,9 faiz çoxdur.

Təbii ki, Neft Fondunun transfertlərindən kənar gəlirlərinin 11 faizə yaxın artımı müsbət tendensiyadır. Bu da təbii ki, büdcə daxilolmalarının yığılmasını təmin edən Vergilər Nazirliyində və Dövlət Gömrük Komitəsində struktur islahatları və qeydiyyat sisteminin yaxşılaşdırılması hesabına təmin edilib. Təqdirəlayiqdir ki, hazırda vergidaxilomalarının 92 faizi yoxlamalar və sanksiyalar hesabına deyil, könüllü əməletmə hesabına olub.

2018-ci il dövlət büdcəsinin xərcləri 23 milyard 100 milyon manat proqnoza qarşı 22 milyard 731,6 milyon manat və ya 98,4 faiz icra edilib. Bu da 2017-ci ilə nisbətən 5 milyard 137,2 milyon manat və ya 29,2 faiz çoxdur.

2018-ci il üçün dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 28,5 faiz təşkil edib ki, bu da 2017-ci ilə nisbətən 3,4 faiz çoxdur.

Strukturuna görə 2018-ci il dövlət büdcəsi xərclərinin 11 milyard 554,3 milyon manatı və ya 50,8 faizi cari xərclərə (2017-ci illə müqayisədə 5,9 faiz çox), 8 milyard 941,7 milyon manatı və ya 39,4 faizi əsaslı xərclərə (2017-ci illə müqayisədə 1,7 dəfə çox), 2 milyard 235,6 milyon manatı və ya 9,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2017-ci illə müqayisədə 47,7 faiz çox) sərf edilib.

İqtisadi təsnifata uyğun olaraq 2018-ci il dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7 milyard 196,5 milyon manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2017-ci illə müqayisədə 505,8 milyon manat və ya 7,6 faiz çoxdur.

Təbii ki, sosial xərclərin 7,6 faizlik artımı özlüyündə müsbət qiymətləndirilməlidir və büdcənin sosial yükünün artmasının göstəricisidir. Bu ilin ilk 5 ayında isə sosial xərclər daha kəskin artıb. Çünki ölkə prezidenti yeni sosial layihələrlə bağlı bir neçə fərman imzalayıb. Bu fərmanların (pensiya, müavinət və əməkhaqların artımı və s.) maliyyə tutumu 2 milyard manatdan çoxdur. Layihələrin maliyyələşmə mənbələri istisnasız olaraq dövlət büdcəsidir.

Büdcə xərclərinin 2 milyard 235,6 milyon manatı və ya 9,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2017-ci illə müqayisədə 47,7 faiz çox) sərf edilib. Borcların qaytarılması xərclərinin kəskin artımı dövlət borcu strategiyasının dəyişməsi ilə bağlıdır.

Maliyyə naziri Samir Şərifov bildirib ki, ölkə prezidenti dövlət borcunun ÜDM-ə nisbətinin azaldılması siyasətini müəyyənləşdirib: "Bu tapşırıq mərhələlərlə icra olunmaqdadır. Artıq 1 il ərzində həmin nisbəti 17% azaltmağa nail olmuşuq. Bu gün xarici valyuta ifadə olunan dövlət borcu əvvəlki 24%-dən 19%-dək endirilib. Yəni 5 faiz bəndinədək azalma baş verib".

Ümumilikdə, 2018-ci ildə dövlət büdcəsinin icrası proqnozlara adekvat olaraq icra edilib. Həm vergi-gömrük sisteminin təkmilləşdirilməsi, həm də xərclərin otimallaşdırılması (bir neçə dövlət qurumunun ləğvi və yenidən təşkili) bir sıra sosial layihələrin icrasına maliyyə mənbələrinin tapılmasına səbəb oldu. Ümid edirik ki, bu tendensiya bu və növbəti illərdə də davam edəcək.

Qadir İBRAHİMLİ

Xəbər 1205 dəfə oxunub.




22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +