İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


12.02.2018  17:43 

İcra başçılarının şişirdilmiş HESABATLARI





A+  A-

İcra başçıları ildə bir neçə dəfə dəfə rəhbərlik etdikləri şəhər və rayonlarda hesabat yığıncağı keçirirlər. Hesabatlarda ötən il qeydə alınmış nəticələr və növbəti ildə qarşıya qoyulan vəzifələr öz əksini tapır. Bəzi məlumatlara görə, həmin hesabatlarda bir sıra işlərin həcmi artırılır, rəqəmlər şişirdilir.
XəzərNews.az bildirir ki, Azərbaycan Milli Məclisin deputatları bu dəfə Modern.az-a icra başçılarının hesabat yığıncağı barədə danışıblar.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli fevralın 8-də Ağsu və İsmayıllı rayonlarının İcra hakimiyyətlərinin illik hesabat yığıncağında iştirak edib.

“Hesabat yığıncağında Prezident Administrasiyasının məsul şəxsi bu iclaslarda iştirak edir. Rayon sakinlərinin şikayətləri dinlənilir, görülmüş və qarşıda duran işlər barədə ətraflı məlumat verilir. Hesabatda əsas anillərdən biri də odur ki, icra başçıları və şöbə müdirləri bir qədər məsuliyyət hiss edirlər ki, gördükləri işlər barədə danışacaqlar. Bu məsluliyyətin artırılması üçün çox vacibdir. Hesabat yığıncağında bütün sahələr hamı tərəfindən müzakirə olunur. Sovet dövründə hesabatlarda müəyyən şişirtmələr vardı. Bildiyimiz kimi, Ağsu rayonunda sahibkarlar tərəfindən pampıq yığılır. Düşünmürəm ki, özəl bir sahədə şişirtmələr olsun. Ola bilər ki, dövlət tabeliyində olan müəssisələrdə müəyyən şişirtmələr mümkündür. Çünki belə bir söz var: o şey ki hamınındı, demək heç kimin deyil. Ancaq özəl sahələrdə bu halların olacağına inanmıram”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa deyib ki, hesabat yığıncağında əsas məqsəd icra orqanlarının fəaliyyəti və mərkəzlərdə müəyyən statistik təhlillər aparmaqdır.

“Təbii ki, bu hesabat yığıncaqlarının müəyyən nəticələri var. Bu həm də məsuliyyət hissi yaradır”.

Deputat hesabatda bəzi statistik məlumatların şişirdildiyini istisna etməyib:

“Bu ola bilər. Azərbaycanda onsuz da statistikalarda şişirtmələr mümkündür. Amma bunu konkret hallara şamil etmək olar. Hamısını demək yolverilməzdir. Belə hallar baş verdikdə Qeyri-Hökumət-Təşkilatları (QHT) onları aşkara çıxarmalıdır”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə isə bildirib ki, hesabat vermək son illər Azərbaycanda dövlətçilik ənənələrinə oturuşmuş bir praktikadır.

“Hər kvartaldan bir belə hesabat yığıncaqları keçirilir. Bu toplantılar təkcə şəhərə rəhbərlik edən icra başçısının deyil, hakimiyyətin ictimaiyyət qarşısında hesabatıdır. Konkret şəhər və rayonda dövlət başçısının apardığı siyasətdən irəli gələrək, həmçinin, dövlət büdcəsinin yerinə yetirilməsi ilə bağlı görülən işlər barəsində hesabat verilir. Eyni zamanda, regionun, sahibkarlığın inkişafı və dəstək verilməsi, görüləcək işlər barəsində müzakirənin keçirilməsi də həm görülən işlərə yekun vurmaq, həm də qarşıda duran vəzifələrlə bağlı perspektivləri müəyyənləşdirmək istiqaməti daşıyır. Hesabat yığıncağında bir qayda olaraq müəssisə rəhbərləri, ictimai birliklərin nümayəndələri və ictimaiyyətin tanınmış simaları iştirak edirlər. İcra başçısının hesabatından sonra geniş müzakirələr keçirilir. Bir qayda olaraq müzakirələrdə həmin regiondan seçilmiş deputatlar da iştirak edirlər. Hesab edirəm ki, bu deputatların region barəsində daha da dolğun məlumat əldə etməsinə şərait yaradır. Belə hesabatlar rayon və şəhər ictimaiyyətinin diqqətində olur. Hər hesabatdan sonra rayon icra strukturları qarşıda duran problemlərin həlli ilə bağlı konkret proqramlarla yüklənmiş olurlar”.

Xəbər 1597 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +