Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


20.12.2021  21:20 

Ümid edirəm qanun layihəsi bu formada Prezident tərəfindən imzalanmaz





A+  A-

Düzü, həqiqətən anlamıram ki, bu cür tələskənliyə səbəb nədir?

Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsi artıq ikinci oxunuşda təsdiqlənib.

Cəmi 6 gün öncə birunci oxunuşdan keçmişdi.

“Media haqqında” qanun layihəsi 9 fəsil, 78 maddədən ibarətdir.

Əslində isə, bu qanun 3 qanun layihəsinin, KİV haqqında, Teleradio haqqında və Onlayn media haqqında qanun layihələrinin birləşməsindən ibarətdir.

Yəni, 3 qanun layihəsinin birləşməsi olan, yetərincə həcmə malik bir layihəyə bir neçə saat sərf olunmaqla artıq əsas oxunuşlardan keçib.

Cəmiyyətin bütün təbəqələrinin maraq dairəsində olan bu tip layihənin, qapalı formada hazırlanaraq, dərhal müzakirəyə çıxarılması, ildırım sürətli oxunuşlar anlaşılmaz və düşündürücüdür.

Görən tələskənliyə səbəb nədir ?

Yeri gəlmişkən, bu qanun layihəsi Avropa məkanında ilk dəfə olaraq İnternet TV-lərin nəinki qeydiyyatı, hətta daha mühafizəkar yanaşma olan lisenziyalaşma tələbini irəli sürüb.

Prezident Azərbaycan İnternetin tam azad olması ilə bağlı tez-tez açıqlamalar verir.

Bu baxımdan ümid edirəm qanun layihəsi bu formada qəbul edilməz, Prezident tərəfindən imzalanmaz.

Xatırladıram ki, Avropa qurumları və bir çox təsisatlar tərəfindən yüksək qiymətləndirilən "İnformasiya əldə etmək haqqında" Qanunu 3-4 ilə güclə qəbul edə bilmişdik.

Görünür xeyli irəliləmişik, əvvəllər 3 ilə qəbul edilən qanunları indi 3-4 günə həll edə bilirik.

Osman Gündüz

Xəbər 4901 dəfə oxunub.




01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq


BÜTÜN XƏBƏRLƏR +