Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


04.01.2018  09:17 

İran ABŞ-ı BMT-yə şikayət etdi





A+  A-

İran, ölkədə davam edən etirazlarla bağlı olaraq ABŞ-ı daxili işlərə qarışmaqda günahlandıraraq Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət edib.
XəzərNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, İranın BMT-dəki daimi nümayəndəsi Qulamali Xoşrunun qurumun baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasına göndərdiyi məktubda yer alıb.

Şikayətdə İran ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin etirazlarla bağlı çağırışlarına qarşı çıxıb.

Qeyd edək ki, İranda dekabrın 28-də Məşhəddə bir qrup nümayişçi bahalığa, işsizliyə, korrupsiyaya etiraz edib. Qısa müddətdə rejim əleyhinə çevrilən etirazlar, Tehran, Kirmanşah, Senendeç, Zəncan, Şiraz, Qum, Şiraz, Ahvaz, Zahidan, Ərak, Xürrəm Abad kimi bir çox şəhərə yayılıb.

Bu günə qədər 24 adamın həyatını itirdiyi, mindən çox nümayişçinin nəzarətə götürüldüyü bildirilib.

Xəbər 1013 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +