İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar


31.12.2022  11:27 

Naxçıvan FHN-ni ləğv edilir?





A+  A-

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi ləğv edilir.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki,, artıq bununla bağlı Fövqəladə Hallar Nazirliyində iş aparılır. Yeni yaradılacaq qurumun adı isə Fövqəladə Hallar Nazirliyinin Naxçıvan Regional Mərkəzi olacaq.

Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının fövqəladə nallar naziri general-leytenant Şamı Abdullayevdir.

Sosial şəbəkələrdə Şamı Abdullayev barəsində də bəzi iddialar irəli sürülüb. Bildirilir ki, Naxçıvan FHN-də və onun struktur qurumları olan Yanğın Təhlükəsizliyi İdarəsində, Maliyyə İqtisadiyyat Şöbəsində və Mülki Müdafiə hərbi hissəsində yoxlamalar aparılsa nəticədə ciddi qanun pozuntuları aşkara çıxacaq. İddia olunur ki, Şamı Abdullayevin hərbi hissə komandiri ilə şərik əkdiyləri hektarlarla taxıl sahələri var və hərbi hissəyə ayrılan yanacaq şəxsi taxıl sahələrində istifadə olunur.

General-leytenant Abdullayev Şamı İsmayıl oğlu 05.01.1962-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi və Rusiya Federasiyasının V.V.Kuybışev adına Hərbi Mühəndislik Akademiyasının mülkü müdafiə fakultəsini bitirib. Ailəlidir, 2 övladı var.

Xəbər 1140 dəfə oxunub.




27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti


BÜTÜN XƏBƏRLƏR +