Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL


09.09.2024  15:07 

SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir





A+  A-

Ötən həftə Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı Ermənistanla sülh müqaviləsinin mətninin təqribən 80 faizinin razılaşdırıldığını bildirib.

Dövlət başçısı xatırladıb ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının mütləq icra edilməli olan dörd qətnaməsinin olmasına baxmayaraq işğal davam edirdi. ATƏT-in bu məsələ ilə məşğul olması üçün xüsusi qrup təsis etdiyini deyən dövləti başçısı 28 il ərzində həmin qrupun sıfır nəticə hasil etdiyini vurğulayıb. İlham Əliyevin sözlərinə görə, biz Cənubi Qafqazda sülhə nail oluna bilər və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu, mümkündür.

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, hazırda 2 ölkə arasında həll olunmayan 3 başlıca məsələ var:

“Sülh müqaviləsi üzrə mətnin 80 faizi ilə bağlı razılığın əldə olunması kifayət qədər ciddi mövzudur. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistana baza prinsiplərindən ibarət təkliflər paketi vermişdi. Həmin təkliflər paketini Ermənistan bir formada manipuliyasiya edib. Hazırda tərəflər arasında 3 istiqamətdə anlaşma yoxdur. Birincisi, Zəngəzur dəhlizi ilə bağlı kommunikasiyaların açılması şərtləridir. Bakı İrəvanın bu mövzuda sadəcə manipuliativ addımlar atdığını gördüyündən, bu məsələni sülh danışıqlarından çıxarmağı təklif etdi. Dəhliz mövzusunda bir sıra dövlətlərin, o cümlədən Rusiyanın mövqeyini nəzərə alsaq, vəziyyətin nə qədər çətin olduğunu anlaya bilərik”.

Politoloqun fikrincə, Ermənistan sülh müqaviləsinin imzalanması üçün, bu şərtləri mütləq yerinə yetirməlidir:

“İkinci məsələ təbii ki, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır. Bu məsələdə də tərəflər hələlik tam yekun hesab edilən metodika ətrafında razılığa gələ bilməyib. Çünki Ermənistan daha çox 1991-ci ilin Almatı bəyannaməsinə istinad etməklə, SSRİ-nin son dövr xəritələri əsasında delimitasiya prosesinin aparılmasını istəyir. Təbii ki, bu da prosesin irəliyə aparılması üçün çox da uğurlu bir metod deyil. Nəzərə almaq lazımdır ki, vaxtında Azərbaycan ərazilərin əhəmiyyətli bir hissəsi qeyri-iradəli şəkildə bizdən qoparılaraq Ermənistana verilib. Üçüncü məsələ isə Ermənistan qanunvericilik və konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarının çıxarılması məsələsidir. Bu müddəalar ləğv olunmalı və İrəvan öz qanunvericiliyini köklü formada dəyişməlidir. Sadalanan məsələlərlə bağlı Ermənistan öhdəliklərini yerinə yetirsə, tam əhatəli sülh müqaviləsinin imzalanmasından bəhs etmək olar. Ancaq Ermənistan bu məsələlərin həlli ilə bağlı Azərbaycanın təklif etdiyi çərçivə sənədinin qəbul olunmasından da boyun qaçırır”.



Xəbər 1899 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +