Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb


03.09.2022  12:40 

Jurnalist Rəsulzadəyə məktub yazdı - MƏTN





A+  A-

M.Ə. Rəsulzadə irsinin tədqiqatçısı, yazıçı, tanınmış jurnalist Nəcibə Bağırzadə Azərbaycan Demokratik Respublikasının (1918-1920) qurucusu Məhəmməd Əmin Rəsulzadəyə məktub yazıb.

XəzərNews.az məktubu təqdim edir:

Möhtərəm Məhəmməd Əmin bəy!

Bu məktubu Sizə böyük sarsıntılar içində yazıram. Çünki bu ölkədə döyə biləcəyim bir qapı, üz tuta biləcəyim bir ünvan bilmirəm. Mən ömrümün yarısından çoxunu vətən adlanan bu qürbətdə yaşadım. Bu vaxtadək özümdə mənəvi bir güc tapmışam, çünki insan haqlı olanda güclü olur. Mən sizin dediyiniz həqiqətin bir gün parlayacağına inanmışam. Bu gün yaşadığım sarsıntılar o inamı qırdı.

Bu gün Azərbaycan Radiosunda müəllifi və aparıcısı olduğum "Gecənin aydınlığında" verilişi yenidən bağlandı. Öz şəxsi fədakarlıqları bahasına Cümhuriyyət quran, bayraq ucaldan, mühacirətdə vətən davası aparan, məzarı hələ də qürbətdə qalan insanlara özünü Cümhuriyyətin varisi elan etmiş bir ölkənin ana radiosunda ayda cəmi bir saatlıq verilişi çox görürlər.

Həyat və fəaliyyəti cild-cild kitablara sığmayan qurucu babalarımıza cəmi bir-iki dəqiqəlik carx ayırmaq yetər dedilər. Bu, mənim aldığım ilk zərbə deyil. 2013-cü ildə "Azərbaycan həsrəti" kitabım nəşr ediləndən sonra məni xeyli incitmişdilər. O vaxt uzun illər işlədiyim radiodan səssiz-səmirsiz çıxıb getdim. Bir il işsiz qaldığım vaxtda "Uzaqdakı yaxınlar" kitabını yazdım. 2015-ci ildə mənə kənar müəllif kimi veriliş hazırlamağa icazə verildi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu, 30 ilin jurnalisti, müəllif və aparıcıya cəmi 100 manat qonorar ayırdılar.

2021-ci ildə müqavilənin bitməsi bəhanəsi ilə veriliş yenidən bağlandı. Noyabrda məni bir tələbə statusunda!!! -yarım ştat!!! və bu gülünc qonorarla işə götürdülər. Şəxsi həyatımla bağlı olduğu üçün bunları heç vaxt dilə gətirməmişəm, çünki o verilişə qazanc mənbəyi kimi deyil, dinləyiciyə Cümhuriyyət sevgisini ötürmək üçün bir nəfəslik kimi baxmışam.

Bu gün o nəfəsliyi yenidən bağladılar. Amma kadrlar şöbəsi məni işə az gəldiyimdən danlamaq üçün axtarır. 1937-ci ildə Rəsulun həbsindən əvvəl işə gec getdiyi üçün töhmət verildiyini xatırladım. Doğrudur, zaman o zaman deyil. Amma bu zamanın üzü də aynalarda çox çirkin görünür. Fərqli düşünən insanları çörəklə imtahana çəkmək, çevrəsini daraltmaq, nəfəsliyini qapamaq mənəvi və maddi sıxıntılar içində səssiz ölümə sürükləməkdir. İllərlə içimdə daşıdığım bu yükü daşımağa artıq nə mənəvi, nə də fiziki gücüm çatmır.

Bir insanı, heç bir dayağı olmayan bir qadını, ömrünü millətin ən böyük dəyərlərinə həsr etmiş bir yazı adamını illərlə, dönə-dönə yaralamaqla məndən nəyin, kimin qisasını alırlar?

Bu, mənim Azərbaycan radiosunun əməkdaşı kimi yazdığım son yazıdır.

Onu ürəyimdəki hansı ağrılarla yazdığımı sizdən yaxşı kim duyar ki, möhtərəm Məhəmməd Əmin bəy...




Xəbər 1520 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.10.2024  14:46 

İraqdakı Azərbaycan: Türkmanlar

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +