Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI


07.11.2018  12:34 

Qüdrət Şükürovun əmlakı parlamentdə müzakirə olundu





A+  A-

Deputat Fəzail Ağamalı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Lifttəmir” İstehsalat Birliyinin istintaqa cəlb olunan sabiq baş direktoru Qüdrət Şükürovun əmlaklarını satışa çıxarmasına münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, deputat F. Ağamalı parlamentdə büdcə müzakirələrində deyib ki, indi hansısa keçmiş məmurun hamamını satışa çıxarması barədə xəbərlər yayılır: “ Mən başa düşmürəm ki, onun bu əmlakını satışına çıxarmasına niyə icazə verilməlidir? Olmazdımı ki, həmin əmlaklar hərraca qoyulsun və əldə olunan gəlir dövlətin hesabına keçirilsin. Bu məsələyə ciddi nəzarət edilməlidir. Ümumiyyətlə, mən Samir Şərifovdan xahiş edirəm ki, Azərbaycandan xaricə maliyyə axını baş verməsinin qarşısı alınsın. Buna Maliyyə Nazirliyi ciddi nəzarət etməlidir”.

O, həmçinin Milli Məclisin ezamiyyət xərclərinin çox aşağı olduğunu vurğulayıb: “Maliyyə xərclərinin az olmasına görə, ayrı- ayrı dövlətlərlə kifayət qədər problemlərimiz çıxıb. Bu vəsaitin artırılmasına ehtiyac var”.

Xəbər 1349 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib

13.08.2024  14:51 

Prezident sərəncam imzaladı

12.08.2024  16:05 

Putin müşavirə keçirir


BÜTÜN XƏBƏRLƏR +