Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ


08.12.2022  17:37 

“Moskva İrəvanın vahid mövqeyini görmək istəyir“





A+  A-

Moskva Cenevrə müzakirələrini və ATƏT-in Minsk qrupunun formatını eyni müstəvidə nəzərdən keçirməyi düşünmür.

XəzərNews.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova dekabrın 3-də bir qrup azərbaycanlının Stepanakert-Qoris avtomobil yolunu bağlamasına da münasibət bildirib:

“Dekabrın 3-də baş vermiş insident Rusiya sülhməramlı qüvvələri tərəfindən idarə edilib və onlar Ermənistan və Azərbaycan tərəfləri ilə birlikdə Laçın dəhlizi ilə nəqliyyatın hərəkətini bərpa etməyə nail olublar".

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanla Azərbaycan arasında Alma-Ata bəyannaməsi əsasında sülh müqaviləsinin imzalanması ilə bağlı bəyanatına toxunan Zaxarova qeyd edib ki, Lavrovun bəyanatına əlavə olunacaq heç nə yoxdur:

“Moskva bu məsələdə İrəvanın rəsmi, vahid mövqeyini görmək istəyir, yalnız bundan sonra məsələnin müxtəlif nüanslarını müzakirə etmək mümkün olacaq".

Hacı
XəzərNews.az


Xəbər 984 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək


BÜTÜN XƏBƏRLƏR +