Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


06.02.2021  19:37 

Rusiya sülhməramlıları jurnalistlərinin Laçından Qarabağa keçməsinə izn vermədi...





A+  A-

Rusiya sülhməramlıları Ermənistandan Azərbaycan ərazisinə keçməyə cəhd edən bir qrup fransız jurnalisti Laçın rayonu ilə sərhəd məntəqəsində saxlayaraq Xankəndinə getmələrinə icazə verməyib.
XəzərNews.az Moderator.az-a istinadən xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, bu haqda özünün “Teleqram-kanal”ında Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan yazıb.

M.Minasyan bildirib ki, bu haqda ona Yelisey sarayında çalışan bir dostu danışıb. Bir neçə gün əvvəl Fransadan bu ölkənin keçmiş bələdiyyə sədrlərindən birinin rəhbərliyi ilə Qarabağda baş verənləri öz gözləri ilə görmək istəyən bir qrup jurnalist və ictimai xadim Ermənistana gəlib. Keçmiş səfirin sözlərinə görə, nümayəndə heyəti İrəvandan rəsmi etimadnaməsini aldıqdan sonra Xankəndinə doğru yola düşüb. Lakin Laçında rus sülhməramlıları “səfər etdikləri yerlərin Azərbaycan ərazisi olduğunu, buna görə də Ermənistanda aldıqlar icazənin etibarsız sayıldığını və Azərbaycan dövlətindən icazə almaq lazım gəldiyini bildirərək jurnalistləri buraxmayıblar. Nəticədə fransız nümayəndə heyəti əlacsız halda İrəvana- Fransa səfirliyinə qayıdıb.
Fransanın Ermənistandakı səfiri Conathan Lakot Paşinyanla qeyri-rəsmi əlaqə quraraq baş verənləri anlamağa çalışıb. Baş nazir isə Fransa səfirinə yanvarın 11-də Moskvada keçirilən üçtərəfli danışıqlar zamanı "beynəlxalq media nümayəndələrinin Qarabağa daxil olması üçün Azərbaycandan akkreditasiya alması barədə razılıq əldə edildiyini və bu məsələlərə qarışmamağın daha yaxşı olduğunu" çatdırıb.

Xəbər 1968 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +