Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


27.06.2018  11:34 

Mədəniyyət Nazirliyində yeni TƏYİNATLAR





A+  A-

Azərbaycan Prezidentinin “Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 6 iyun 2018-ci il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi haqqında Əsasnamə, nazirliyin strukturu, həmçinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə təsdiq edilib. Fərmana əsasən, Mədəniyyət Nazirliyi Aparatının, eləcə də Dövlət Xidməti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələri üzrə ştat vahidləri müəyyən edilib.
XəzərNews.az xəbər verir ki, fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Mədəniyyət Nazirliyi Aparatının struktur vahidləri – şöbə və sektorları yaradılmış və nazirin müvafiq əmri ilə təsdiq edilib. Nazirlik Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

"Bu gün mədəniyyətin bütün sahələrində xidmətin səviyyəsinin yüksəldilməsi və dövrün tələbələrinə uyğun təşkili, mədəniyyət müəssisələrinin fəaliyyətində sosial məsuliyyətin artırılması, xalqımızın zəngin tarixi-mədəni irsinin, incəsənətinin təqdimatında, geniş kütlələrə çatdırılmasında innovativ yanaşmaya, yeniliklərə geniş yer verilməsi qarşıda duran başlıca vəzifələrdir. Xüsusilə regionlarda mədəni xidmətlərin yeni səviyyədə qurulması, eləcə də muzeylərin fəaliyyətində dünya təcrübəsinin tətbiq olunması, xalq yaradıcılığının daha fəal təşviqi, mədəni sərvətlərdən səmərəli istifadə, sahələr üzrə beynəlxalq əlaqələrin gücləndirilməsi, mədəniyyət siyasətində elmi təhlil və tədqiqatlara daha böyük önəm verilməsi günün vacib tələblərindəndir"- deyə nazirlikdən bildirilib.

Mədəniyyət Nazirliyi Aparatının struktur vahidlərinin təşkilində bu məqamlar xüsusi diqqətə alınıb, strukturda yeni – Muzey işi və mədəni sərvətlərə nəzarət, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı, Regional siyasət, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbələri, Elm və tədqiqatlar sektoru yaradılıb.

Mədəniyyət nazirinin müvafiq əmrinə əsasən Aparatın şöbə və sektorlarına əməkdaşların təyinatı həyata keçirilib. Həmçinin nazirlik Aparatının əvvəlki strukturunda müxtəlif vəzifələrdə çalışmış 10 nəfərə yaxın şəxs öz ərizələri ilə işdən ayrılaraq nazirliyin tabe müəssisə və qurumlarında müvafiq vəzifələrə təyinat alıblar.

Xəbər 1190 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +