03.02.2017 16:31
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək komitə iclasına jurnalistlər dəvət olunmayıb.
XəzərNews.az xəbər verir ki, iclasda “Pensiya islahatları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu barədə anonsu elə komitənin sədri Hadı Rəcəbli bundan əvvəlki iclasda vermişdi. O qeyd etmişdi ki, yeni qanun layihəsinin müzakirəsində Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da iştirak edəcək. Maraqlıdır ki, yeni layihədə nələrin əks olunduğu barədə hələ ki, ictimaiyyətdə heç bir məlumat yoxdur. Elə komitə sədri də layihə barədə iclas keçirilən günə kimi ictimaiyyətə məlumat verilməməsini komitə üzvlərinə tövsiyə etmişdi.
Qeyd edək ki, layihənin müzakirəsində parlamentdə akkreditə olunmuş jurnalistlərin də iştirakı gözlənilirdi. Amma məlum olub ki, iclasa yalnız AZTV, İTV, “AzərTac” və “Azərbaycan” qəzetinin müxbirləri dəvət olunub.
Müzakirəyə yalnız rəsmi medianın buraxılmasının isə maraqlı səbəbi var. Komitə sədri Hadı Rəcəblinin hər dəfə səsləndirdiyi fikirlər cəmiyyətdə böyük rezonansa səbəb olur. Belə ki, bir müddət əvvəl müəllimləri dərsdən sonra bənna işləməyi tövsiyə etməsi, Qarabağ müharibəsi iştirakçılatına təqaüd verilməməsi haqda səsləndirdiyi fikirlər böyük qalmaqala səbəb olmuşdu. Son olaraq isə “Köçkünlər pəncərəni açıq qoyurdu” ifadəsini səsləndirməsi sosial şəbəkələrdə ciddi tənqid edilir.
Ehtimal olunur ki, iclasa ancaq dövlət informasiya resurslarının dəvət olunması komitə sədrinin tapşırığıdır. O öz dilindən çıxan informasiyaların mətbuatda rezonans doğurmasından ciddi şəkildə narahatdır. Ona görə də yalnız rəsmi informasiyaların mətbuatda dərc olunmasını istəyir.
Parlamentin payız sessiyasında da spiker Oqtay Əsədov Hadı Rəcəbliyə mətbuata az çıxmağı tövsiyə etmişdi. Elə o müddətdən bəri Hadı Rəcəbli xüsusi olaraq saytlara və telekanallara müsahibə vermir.
|
14.08.2024 12:03
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
14.08.2024 11:56
13.08.2024 14:51
13.08.2024 12:26
12.08.2024 19:16
Etnik xalqlar Azərbaycanda özlərini yad hiss etmirlər -Video
12.08.2024 16:36
Elçin Mirzəbəyli Çiyni kəndində seçicilərlə görüşüb -Fotolar
12.08.2024 16:12
12.08.2024 16:09
Bakıda bu görüntülər insanların ürəyini ağzına gətirdi - VİDEO
12.08.2024 16:05
12.08.2024 12:20
11.08.2024 19:55
11.08.2024 19:36
10.08.2024 17:41
10.08.2024 10:00
10.08.2024 09:34
09.08.2024 14:45
09.08.2024 09:46
08.08.2024 20:59
08.08.2024 16:28
08.08.2024 16:12
08.08.2024 16:00
08.08.2024 15:55
07.08.2024 18:54
07.08.2024 18:20
07.08.2024 17:21
07.08.2024 15:58
07.08.2024 11:23
07.08.2024 11:13
07.08.2024 11:03
07.08.2024 09:01
06.08.2024 16:54
06.08.2024 15:38