“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


01.02.2018  18:43 

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi təsis edilir





A+  A-

Prezident İlham Əliyev fevralın 1-də “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
XəzərNews.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, görkəmli yazıçı, kinodramaturq və rejissor, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov milli sənət xəzinəsini zənginləşdirən əsərləri ilə Azərbaycan mədəniyyəti salnaməsinə parlaq səhifələr yazmışdır. Onun bədii əsərlərini, eləcə də ssenariləri əsasında çəkilmiş filmləri oxucular və tamaşaçılar daim rəğbətlə qarşılamışlar.

Çoxəsrlik ənənələri olan Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş Xalq yazıçısı Maqsud İbrahimbəyovun xatirəsini əbədiləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi və fəaliyyətinin təmin olunması üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə dövlət büdcəsindən əlavə 220 000 (iki yüz iyirmi min) manat vəsait ayrılsın.

2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə əlaqədar təşkilati məsələləri iki ay müddətində həll etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin etsin;

3.3. bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş maliyyə vəsaitinin dövlət büdcəsindən ayrılmasını təmin etsin;

3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Xəbər 1280 dəfə oxunub.




27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +