Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb


14.02.2020  20:43 

497 vəzifəli şəxs barəsində istintaq başa çatıb





A+  A-

497 vəzifəli şəxs barəsində 310 cinayət işinin ibtidai istintaqı tamamlanıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yüksək göstəricilərə nail olunmaqla rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və s. faktlar üzrə 497 vəzifəli şəxs barəsində 310 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, həmin işlər üzrə 83.8 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21.8 milyon manatın ödətdirilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40.3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulan maddi ziyanın 74.7 %-nin ödətdirilməsi təmin edilib.

Hesabat ilində Baş İdarə tərəfindən qida təhlükəsizliyi, tikinti və şəhərsalma tələblərinin pozulması, vətəndaşlara qarşı dələduzluq edən mənzil-tikinti kooperativlərinin rəhbərləri barədə, həmçinin bank sektorunda yol verilən qanunsuzluqlarla əlaqədar bir sıra aktual cinayət işləri üzrə intensiv istintaq tədbirləri davam etdirilib.

Eyni zamanda ölkə Prezidenti tərəfindən hər zaman diqqət mərkəzində saxlanılan və 3 fevral 2020-ci il tarixdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bir daha iqtisadiyyatın ayrı-ayrı sektorlarında mövcud olmaqla azad sahibkarlıq mühitində rəqabətliliyə neqativ təsir edən kölgə iqtisadiyyatı, o cümlədən də qara mühasibatlıqdan istifadə edərək dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qarşı effektiv mübarizə tədbirlərinin gücləndirilməsi barədə verilmiş göstərişlər nəzərə alınaraq, Baş Prokuror tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə İqtisadiyyat Nazirliyi və müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə beynəlxalq təcrübə öyrənilməklə təkliflərin hazırlanması və qabaqlayıcı tədbirlərin görülməsi tapşırılıb.

Hesabat dövründə ölkəmizdə həyata keçirilən anti-korrupsiya islahatlarının nəticələrinin “Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) tərtib etdiyi illik hesabatlarda öz əksini tapmaqla təşkilatın 2019-cu ilin nəticələri üzrə dərc etdiyi Korrupsiya Qavrama İndeksində Azərbaycanın 2018-ci illə müqayisədə 26 pillə irəliləməsi xüsusi vurğulanıb.

Xüsusilə vurğulanıb ki, müasir dünya təcrübəsinin ölkəmizdə geniş tətbiqi nəticəsində idarəçilik sistemində, o cümlədən vergi və gömrük sahələrində aparılan islahatların dövlət büdcəsinə daxilolmaları böyük həcmdə artırması, həmçinin dövlət və özəl xidmətlərin vahid məkanda operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsiplərinə uyğun göstərilməsi yönündə formalaşdırılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 17 mərkəzə çatdırılması, yarandığı gündən keçən qısa müddət ərzində 35 milyondan çox müraciətin daxil olması, habelə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihə kimi “DOST” mərkəzlərinin fəaliyyətə başlaması ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən nailiyyətlərin bariz nümunəsidir.

Xəbər 1596 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.10.2024  14:46 

İraqdakı Azərbaycan: Türkmanlar

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +