Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


23.01.2022  21:40 

Bir Sarkisyanın sonu...





A+  A-

Ermənistan prezidenti Armen Sarkisyan da belə getdi. Adam istefa verdi. Səbəbi nəymiş?

Sən demə, səlahiyyətsizlikdən yorulub, müqəvvalıqdan bezibmiş. Düzdür, Ermənistan prezidentinin rəsmi saytında yerləşdirilən məlumatda istefa səbəbi məhz mənim yazdığım tərzdə qeyd olunmayıb. Mən biraz çılpaq və qaba leksikonla yazmışam Onlar isə daha diplomatik, daha sivil ifadə tərzi seçiblər. Ancaq fərqi yoxdur, mahiyyət elə həmin mahiyyətdir.

Belə ki, Armen Sarkisyan bildirib ki, "Ermənistan prezidenti postundan getməsi onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə bağlıdır".

Bunun açması isə budur ki, adam boş fiqur kimi ortalarda dolaşırmış, özünü lap "portfelsiz nazir"lər kimi hiss edirmiş. Çünki 2018-ci ildəki konstitusiya dəyişikliklərindən sonra Ermənistan prezident üsul-idarəsindən parlament-baş nazirlik sisteminə keçib və elə həmin vaxtdan da etibarən bu ölkədə prezidentllik institutu sadəcə simvolik xarakter daşıyır. Bütün səlahiyyətlər, real idarəetmə funksiyalarının hamısı baş nazirə keçib. Bu mənada baş nazir Nikol Paşinyanın davranışları Armen Sarkisyanı daim qıcıq doğurur. Çünki A.Sarkisyan Nikolu peşəkar siyasətçi, dövlət xadimi yox, plebey, küçə adamı, "meydan uşağı" hesab edir.

Nə isə, Sarkisyan Paşinyanla paralel sistemdə işləməyin perspektivsizliyini başa düşdüyünə və həm də Paşinyanın gələcək uğursuzluqlarının məsuliyyətini bölüşmək istəmədiyinə görə istefaya getmək qərarına gəlib. Ancaq bunu da qeyd edib ki, bu qərarı heç də emosional deyil və müəyyən məntiqdən irəli gəlir.

Sarkisyan hesab edir ki, ermənilər növbəti dəfə tarixdə itmək riski ilə üz-üzə qalıblar. Onun sözlərinə görə, "bu gün ölkənin mənalı, dərin düşünülmüş, balanslaşdırılmış hərəkətlərə hər zamankindən daha çox ehtiyacı var. Əks halda, ermənilər tarixdə itmək riski ilə üz-üzə qalırlar. Bizim səhv etməyə haqqımız yoxdur”.

Armen Sarkisyan belə deyib.

Çox güman ki, A.Sarkisyan bundan sonra siyasətdən tamamən uzaqlaşacaq və Avropaya köçüb əvvəlki biznes fəaliyyətini yenidən bərpa edəcək. Perspektivlərini görmədiyi Ermənistanı isə Paşinyanın ümidinə (daha doğrusu, taleyin ixtiyarına) buraxıb gedir.

Bəybala Mirzəyev

Xəbər 1734 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +