Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


05.01.2018  10:28 

Hazırlıq qruplarında oxuyanlar hərbi xidmətə çağırılacaq? - VİDEO





A+  A-

Bu ilin sentyabrından ali məktəblərə qəbul imtahanlarında tələb edilən balı toplaya bilməyənlər üçün universitetlərin təkliflərinə əsasən hazırlıq qrupları təşkil ediləcək. Təbii ki, qızların hazırlıq qruplarında təhsil almalarında heç bir problem yoxdur. Amma oğlanların əsgərlik yaşı çatdığından bu məsələnin necə tənzimlənəcəyi hələ sual altındadır. Nəzərə alsaq ki, 18 yaşı tamam olmuş oğlanlara möhlət hüququ yalnız ali məktəblərə əyani qəbul olduqları halda verilir. Bu zaman haqlı sual yaranır- hazırlıq qrupunda oxuyanlar oğlanlar hərbi xidmətə çağrılacaqmı?
XəzərNews.az "Xəzər TV"yə istinadən xəbər verir ki, hərbi vəzifə və hərbi xidmət haqqında qanuna dəyişikilik edilə bilər. Bununla da ali məktəblərə daxil ola bilməyən oğlanlara da hərbi xidmətdən möhlət ala bilərlər.

Məsələ ondadır ki, bu ilin sentyabrında bir sıra universitetlərin nəzdnində fərqli ixtisaslar üzrə hazırlıq qrupları fəaliyyətə başlayacaq.1 ildən sonra isə hazırlıq qruplarındakı proqrama uyğun imtahan veriləcək.Yaxşı nəticə göstərənlər ali məktəbin 1-ci kursuna qəbul ediləcəklər. Qızların hazırlıq qrupunda təhsil almalarında heç bir problem yoxdur. Amma qəbul imtahanalrında iştirak edən oğlanların yaşı 17-18 civarda olduğundan, onlara hərbi xidmətdən möhlət hüququnun verilib-verilməməsi hələ məlum deyil.

Elm və təhsil haqqında qanuna görə yalnız bakalavr, magistr və doktorantura pilləsində təhsil alanlar möhlət hüququna malikdirlər. Millət vəkili Aydın Mirzəzadə deyir ki, bu məsələ ``elm və təhsil`` və ``hərbi vəzifə və hərbi xidmət haqqında``arasında uyğunsuzluq yaradır.

Aydın Mirzəzadənin sözlərinə görə hərbi vəzifə və hərbi xidmət haqqında qanunda dəyişikliklər edilərsə onda hazırlıq qruplarında təhsil almaq hüququ əldə edən oğlanlara da möhlət hüququ veriləcək

Sözügedən məsələnin Milli Məclisin yaz sesssiyasında müzakirəyə çıxarılacağı gözlənilir. Dəyişikliklərin qəbul edilib-edilməyəcəyi müzakirələrdən sonra məlum olacaq.


Xəbər 1770 dəfə oxunub.




07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +