Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


04.08.2017  13:09 

“Hadisəyə obyektiv qiymət veriləcək” - General “Gelandewagen” qəzası haqda





A+  A-

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən avtomobil qəzası hadisəsinə qısa münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, general R.Zeynalov “Ölkə.Az”-a açıqlamasında hazırda Bakıda olmadığını söyləyib: “Hazırda cənab Prezidentin iştirak etdiyi tədbirdəyəm, danışa bilmirəm. Ötən gün baş verən hadisə ilə əlaqədar da geniş məlumatım yoxdur. Çünki tədbirdə olmuşam. Hadisənin baş vermə səbəbləri Bakı şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırılır. Şübhəsiz ki, araşdırıldıqdan sonra məsələyə obyektiv qiymət veriləcək”.

Xatırladaq ki, ötən gecə paytaxtın Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. Qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov hadisə yerində keçiniblər.

Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Onu da bildirək ki, qəzadan sonra hadisənin təfərrüatı məlum olub. Belə ki, qəzaya uğrayanlardan biri Baş nazirin müavini, “Qaçkınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir. Qəzaya uğrayan “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Galendevagen” avtomobili də Əli Həsənovun nəvəsinə məxsusdur.



Xəbər 1003 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +