“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq


04.03.2024  18:53 

Nuri Paşa və Qafqaz İslam Ordusunun şəhidləri anılıb





A+  A-

Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Şəhidlər Məscidində Qafqaz İslam Ordusunun komandanı, Bakının xilaskarı Nuri Paşanın əbədiyyətə qovuşmasının 75-ci ildönümü, Qafqaz İslam Ordusu şəhidləri və bütün şəhidlərimizin ruhlarına ithafən Qurani-Kərim tilavəti və oxunan xətmlərin duası proqramı təşkil edilib.

Xəzərnews.az xəbər verir ki, tədbiri giriş sözü ilə Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık açıq elan edib.

Tədbirin 1918-ci ildə Bakının işğaldan azad edilməsində müstəsna rol oynayan Qafqaz İslam Ordusunun komandiri, Bakının xilaskarı ləqəbini almış Nuri Paşanın 2 mart 1949-cu ildə əbədiyyətə qovuşmasının 75-ci ildönümü münasibətilə təşkil edildiyini bildirib. O öz çıxışında Quran ziyafətini şəhidlərə vəfa olduğunu və onları unutmadığımızın nümunəsi olduğunu ifadə edib. Şəhidlər bu vətəni bizə əmanət etdilər, bizim də vəzifəmiz onları unutmamaq və daima dualarla, zikirlərlə onları anmaqdır deyə bildirib.

Eyni zamanda Bakı şəhəri Şəhidlər məscidində hər ay mütəmadi olaraq şəhidlərimiz üçün anma proqramlarının təşkil edildiyini qeyd edib.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri dosent Əhməd Niyazov, Sadiq Ramizoğlu və Səxavət Əlixanov tərəfindən Qurani-Kərimdən ayələr tilavət edilib.

Anım proqramında iştirak edən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri dosent Cahit Bağçı tədbir iştirakçılarını salamlayıb, tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. Nuri Paşa və onun əsgərlərinə, ümumilikdə vətənimizin azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərə Allahdan rəhmət diləyib. O, öz çıxışında Nuri Paşanın qəhrəmanlıqlarla dolu həyatına diqqət çəkib, iki dövlət arasındakı tarixi qardaşlıq nümunələrindən bəhs edib.

Tədbirin sonunda məşhur qarilər tərəfindən sala və ilahilər oxunub, daha sonra Şəhidlər Məscidinin İmamı Şayiq Əliyev tərəfindən bütün şəhidlərimizin ruhuna dualar edilib.

Tədbir iştirakçılarına şəhidlərimiz adına ehsan süfrəsi açılıb.





Xəbər 2644 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +