Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


02.07.2018  13:28 

Hava XƏBƏRDARLIĞI: Sabah 46 dərəcə isti olacaq





A+  A-

Ölkə ərazisində sabaha gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27, gündüz 40-43, Bakıda gecə 25-27, gündüz 40-42 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 50-60, gündüz 25-35 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 28-29, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Azərbaycanın rayonlarında iyulun 3-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 40-44, bəzi yerlərdə 46, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 03-04-də Abşeron yarımadasında isti hava dalğası ilə bağlı qızmar temperatur diskomfortu əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.

Xəbər 990 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +