Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu


01.08.2017  13:08 

Tramp sanksiyalar barədə qanunu imzalayıb





A+  A-

ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi barədə Konqresin qəbul etdiyi qanunu imzalayıb.
XəzərNews.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu hazırda Gürcüstanda səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib. Beləliklə, qanun qüvvəyə minib.

“Prezident Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə qanunu imzalayıb. Biz sanksiyaların ləğvini istəyirik, lakin bu, yalınız Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi halında mümkündür. Lakin Rusiyanın son diplomatik addımları təəssüf ki, bunun əksini göstərir”, - deyə M. Pens vurğulayıb.

Qeyd edək ki, iyulun 25-də Nümayəndələr Palatası, iyulun 28-də isə Senat Rusiya, İran və Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul edib. Qanunda Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə qarşı yeni sanksiyaların tətbiqi, eləcə də Barak Obama dövründə tətbiq olunmuş sanksiyaların qanunlaşdırılması əksini tapıb. Bundan sonra prezident yalnız Konqresin icazəsi ilə həmin sanksiyaları ləğv edə bilər.

Xəbər 2751 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +