Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda
Sabahın havası: Yağış, külək
ANAMA-nın bölmə rəhbərləri həbs edilib
“Azərbaycanda sağlam özəl sektor formalaşmayıb” - Nəsib Piriyev
32 ədəd şokaladın içində 240 qram qızıl...
Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar


05.09.2025  15:03 

Memarlıq abidəsinin fasadında quraşdırılan metal konstruksiya sökülür





A+  A-

Bakının Bülbül prospekti, 28 May küçəsindəki memarlıq abidəsinin fasadında quraşdırılan metal konstruksiya sökülür.

Bununla bağlı görüntüləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qadımov sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzarəti altındadır.

“Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əsasən (inventar nömrəsi 2985) bu bina dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxildir. Baş İdarənin müdaxiləsi ilə abidənin fasadına zərər yetirən həmin icazəsiz metal konstruksiyalar sökülür.

Bununla yanaşı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri ilə birlikdə abidənin tarixi görkəminin bərpası istiqamətində zəruri tədbirlər görülür. Gələcəkdə də memarlıq abidələrinin tarixi simasının qorunması üçün istənilən razılaşdırılmamış müdaxilələrin qətiyyətlə qarşısı alınacaq”./Qafqazinfo

Xəbər 1348 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +