Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


19.12.2023  05:34 

Danimarka ilə yeni müqavilə imzalayacağıq -Blinken





A+  A-

ABŞ və Danimarka bu həftənin sonunda müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayacaq.

Xəzərnews.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Finlandiya ilə analoji sənədin imzalanması mərasimində deyib.

Blinken xatırladıb ki, ABŞ daha əvvəl İsveçlə də hərbi əməkdaşlıq haqqında sənəd imzalayıb. "Bu həftənin sonunda biz Danimarka ilə yeni müqavilə imzalayacağıq", - dövlət katibi bildirib.

Blinken qeyd edib ki, Skandinaviya ölkələri ilə müvafiq sazişlərin bağlanması ABŞ-nin transatlantik təhlükəsizliyi gücləndirmək səylərini nümayiş etdirir.

“Bizim Avropanın şimalından cənubuna, Şimal dənizindən Qara dənizə qədər uzanan ölkələrlə müqavilələrimiz var”, - baş diplomat əlavə edib.

Xəbər 767 dəfə oxunub.




27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +