Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


21.04.2021  13:54 

İşsizlər İcbari Tibbi Sığortadan istifadə edə bilər? - AÇIQLAMA





A+  A-

Hazırda ölkədə həm işləyən, həm də işsiz vətəndaşlar İcbari Tibbi Sığortanın tibbi xidmətlərindən istifadə edə bilər.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, işsiz vətəndaşların sığorta haqqı dövlət tərəfindən ödənilir: “İcbrai Tibbi Sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən bir sistemdir. Hazırda əhali İcbari Tibbi Sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edir. İcbrari Tibbi Sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu da, xidmətlər zərfidir. Xidmətlər zərfində 2500 sayda tibbi xidmət mövcuddur ki, əhali bundan pulsuz istifadə edə bilər.

Hazırda İcbrari Tibbi Sığortadan həm sığorta haqqı ödəyən, həm də ödəməyən hər bir vətəndaşın istifadə imkanı var. Belə ki, 2024-cü ilə qədər sığorta haqqı ödəməyənlərə güzəştlər edilib və onların sığorta haqqı dövlət tərəfindən ödənilir”.



Xəbər 1861 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +