Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


24.11.2022  09:36 

Evdən 7 kq-a yaxın heroin aşkarlandı





A+  A-

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli əməliyyat tədbirləri davam etdirilir.

XəzərNews.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, 53 yaşlı Eldəniz Nəsirov yaşadığı evin yaxınlığında saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan narkotik maddə olan heroin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Nəsirovun yaşadığı ünvana keçirilən baxış zamanı oradan 6 kiloqrama yaxın marixuana və 910 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

E.Nəsirov bundan əvvəl də müxtəlif cinayətlərə görə yeddi dəfə məhkum olunub.

Xəbər 745 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +