İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


04.05.2018  12:34 

“Din xadimlərinə hər ay maaş verilməyəcək” - Rəsmi açıqlama





A+  A-

Bir neçə gündür ki, sosial şəbəkələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının mollalara ayrılan pulla bağlı açıqlaması müzakirələrə səbəb olub. Belə ki, dövlət komitəsinin sədri din xadimlərinə veriləcək məbləğin Maliyyə Nazirliyi tərəfindən təsdiqləndiyini, mütəvəlli 200-250 manat, imam naiblər 300 manatdan artıq, imamların isə 400 manat alacağını qeyd edib.
Sədr, həmçinin bildirmişdi ki, din xadimlərinə maddi dəstək üçün prezident İlham Əliyev tərəfindən Mənəvi Dəyərlərin Təbliği Fonduna vəsait ayrılıb.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” bu məqamda Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktoru Mehman İsmayılovdan açıqlama alıb.

Onun sözlərinə görə, son günlərdə kütləvi informasiya vasitələrində və sosial mediada Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən din xadimlərinə ayrılan maddi dəstəklə bağlı geniş müzakirələr aparılır:

“Qeyd edim ki, əksər hallarda yanlış olaraq bu dəstək din xadimlərinə əməkhaqqı verilməsi kimi qiymətləndirilir. Amma bu yanaşma doğru deyil. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi təyin edilmiş müəyyən sayda din xadiminə Fondla din xadimləri arasında bağlanan müqavilə əsasında maddi dəstək verilməsi nəzərdə tutulub.

Bir daha qeyd edim ki, bu, əməkhaqqı deyil. Əməkhaqqı əmək müqaviləsinə əsasən daimi verilir. Bu məsələdə isə Fondla din xadimləri arasında bağlanan müqavilə 10 ay üçün nəzərdə tutulub. Gələcəkdə müqavilənin müddəti uzadıla bilər. Müqavilədə bir sıra öhdəliklər var və din xadimləri bu dəstəyi sözügedən öhdəliklərə əməl etmək şərtilə ala biləcəklər. Bu öhdəliklərə əməl etməyənlərə maddi dəstək kəsilə bilər. Hörmətli mətbuat nümayəndələrindən bu mövzuya toxunarkən cəmiyyətdə çaşqınlıq yaranmaması üçün bu məqamı diqqətə almalarını xahiş edirəm”.

Xəbər 1320 dəfə oxunub.




03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +