İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


25.10.2017  12:58 

Deputatın istintaqa çağırılması haqda rəsmi açıqlama





A+  A-

"Hesablama Palatası Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) müvafiq yoxlama aparıb və materialı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib. Faktla bağlı cinayət işi başlanıb, hazırda intensiv istintaq tədbirləri həyata keçirilir”.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. İdarə rəisi bildirib ki, hansı vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması istintaqın nəticələrindən asılıdır, bu barədə obyektiv qərar qəbul ediləcək.

Baş prokurorun müavini "ADİU-nun keçmiş rektoru, millət vəkili Şəmsəddin Hacıyev istintaqa çağırılıb?” sualına cavab olaraq deyib ki, konkret olaraq, hansı şəxslərin istintaq zamanı dindirilməsi barədə məlumat vermək iqtidarında deyil: "Gəlin hadisələri qabaqlamayaq, hazırda istintaq gedir. İstintaq zamanı təkcə dindirmələrdən olmur. Müvafiq olaraq, istintaq çərçivəsində bəzi rəqəmləri dəqiqləşdirmək üçün yoxlamalar təyin etmişik. Sənədlərin götürülməsi ilə də bağlı istintaq hərəkətləri aparılır”.

Qeyd edək ki, Hesablama Palatasının Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Xəbər 1735 dəfə oxunub.




03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +