Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


14.12.2020  16:58 

Kamil Zeynallı 30 sutka həbs edildi - Yenilənib





A+  A-

Tanınmış fitness məşqçisi Kamil Zeynallı saxlanılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Kamil Zeynallı bu gün Göygöl rayonu ərazisində işğaldan azad edilən ərazilərə getməyə cəhd edib. Lakin ona ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən icazə verilməyib. Bundan sonra K.Zeynallı polisin qanuni tələbinə tabe olmayıb.

O, saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib. Hazırda barəsində məhkəmə qərarının çıxarılması gözlənilir.

Qeyd edək ki, Kamil Zeynallı ötən ilin mart ayında xırda xuliqanlığa görə, 2020-ci ilin may ayında karantin rejimini pozduğu üçün, oktyabr ayında isə Azərbaycan Ordusunun yerdəyişməsi zamanı hərbi texnikaları videoya çəkərək yaydığı üçün saxlanılıb və hər birində 10 sutka həbs edilib.

***

Məhkəmənin qərarı ilə Kamil Zeynallıya 30 sutka inzibati həbs verilib.

Xəbər 1755 dəfə oxunub.




01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq


BÜTÜN XƏBƏRLƏR +