28.06.2018 08:56
Son 1/8 finalçılar kim olacaq? - Matçları necə izləyək?
Bu gün dünya çempionatında daha 4 qarşılaşma baş tutacaq.
XəzərNews.az xəbər verir ki, G və H qruplarında keçiriləcək oyunlarla son 1/8 final cütlərinin adına aydınlıq gələcək.
İlk olaraq H qrupunda Yaponiya Polşa ilə, Seneqal Kolumbiya ilə üz-üzə gələcək. Hər iki matç saat 18:00-da başlayacaq.
Bu qrupda 3 komandanın növbəti mərhələ şansları qalmaqda davam edir. Yaponiya, Seneqal və Kolumbiya 1/8 finala adlaya bilər. Polşa üçün isə hər şey bitib.
Qrupu ən maraqlı oyunu Seneqal və Kolumbiya matçı olacaq. Bu qarşılaşmada qalib gələn komanda növbəti mərhələyə adlayacaq. Heç-heçə təqdirində də hər iki komanda son 16 komanda arasına qala bilər. Amma bu Yaponiya – Polşa oyununun nəticəsindən asılı olacaq.
Yaponiyaya isə Polşa ilə matçda 1 xal bəs edir. Hələlik qrup lideri olan asiyalılar heç-heçə ilə 1/8-də olacaqlar.
G qrupunda isə artıq hər şey bəllidir. İngiltərə və Belçika 1/8 finaldadırlar. Lakin onlar lideri müəyyənləşdirmək üçün üz-üzə gələcəklər.
Panama və Tunis üçün isə keçiriləcək matç sadəcə formal xarakter daşıyacaq.
Dünya çempionatı, 2018
3-cü tur
H qrupu
18:00. Yaponiya – Polşa (TRT1, Matç TV)
18:00. Seneqal – Kolumbiya (İdman Azərbaycan, İctimai TV, TRT Spor, Matç TV)
G qrupu
22:00. İngiltərə - Belçika (İdman Azərbaycan, İctimai TV, TRT1, Matç TV )
22:00. Panama – Tunis (TRT Spor, Matç TV)
Xəbər 1230 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|