“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi
Xərclər artır - Vətəndaşları nə gözləyir?
Bu avtobuslara qiymət artımı şamil edilməyəcək
Rafiq Məmmədhəsənov təltif edildi - Sərəncam


18.09.2025  23:30 

Ceyhun Bayramov Marta Kos ilə görüşüb





A+  A-

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının (AK) ölkəmizdə səfərdə olan genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.

XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər və planlar müzakirə olunub.

Azərbaycan və Aİ arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən hazırkı dövrdə münasibətlərin gücləndirilməsində liderlərarası təmasların əhəmiyyəti qeyd edilib.

Xüsusilə, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, habelə bərpaolunan enerji sahələri üzrə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, ətraf mühit və iqlim dəyişmələri ilə mübarizə istiqamətində Azərbaycanla-Aİ əməkdaşlığının əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumatlandırıb.

Ötən ay Vaşinqton şəhərində baş tutmuş tarixi görüş zamanı əldə olunmuş razılıqlardan xüsusi məmnunluq ifadə olunub. Regional normallaşma və sülh prosesinin təşəbbüskarı olan ölkəmizin bundan sonra da sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 3015 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +