Hansı ölkələr Ukraynada öz qoşunlarını yerləşdirə bilər?
“Tender kralı” Cəlilabadda yarım milyonluq tender uddu
Sabiq məmur və arvadının əmlakına həbs qoyuldu
Deputatın qardaşı Ukraynada öldürüldü
Əməliyyat zamanı həkim xəstənin çılpaq görüntülərini yaydı
Nazirlik rəsmiləri sahibkarlardan necə pul alıblar?
Onlar “Teleqraf“dan getdilər
Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Putin Zelenski ilə görüşməyə razılıq verdi - Rubio
Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək


18.04.2021  21:48 

UEFA ilə klublar arasında qalmaqal





A+  A-

12 nəhəng klub Avropa Super Liqasına qatılmaq üçün rəsmi addım atmağa hazırlaşır.
XəzərNews.az xəbər verir ki, söhbət İspaniya, İngiltərə və İtaliya klublarından gedir.

İlkin mərhələdə bu turnirdə “Real”, “Barselona”, “Atletiko”, “İnter”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” klubları mübarizə aparmağa qərar verib. Fransa və Almaniya klubları isə hələlik, sözügedən turnirə qatılmağa tələsmir.

Qeyd edək ki, xeyli müddətdir bu turnirlə əlaqədar UEFA ilə Avropa Klublar Birliyi arasında müzakirələr aparılsa da, razılıq əldə olunmurdu. Avropa nəhəngləri 2022-ci ildən etibarən bu yarışın təşkilinə hazırlaşırlar. UEFA isə belə bir turnririn yaradılmasına qarşıdır. Artıq qitə futbol qurumu, eləcə də İngiltərə Premyer Liqası, İtaliya A Seriyası və İspaniya La Liqası təcili bəyanat yayıb.

Sözügedən qurumlar Avropa Super Liqasına qatılacaq klubların həm yerli turnirlərə, həm də UEFA və FİFA bayrağı altında təşkil olunan yarışlara buraxılmayacağını bəyan ediblər. Hətta bu klubların formasını geyinən futbolçuların ölkələrinin milli komandasında oynamasına da qadağa qoyulacaq.

Xəbər 3433 dəfə oxunub.




19.08.2025  16:15 

Onlar “Teleqraf“dan getdilər

19.08.2025  12:18 

Yataqxanada yanğın oldu


BÜTÜN XƏBƏRLƏR +