Bakıda uşaq xəstəxanalarında ciddi çarpayı çatışmazlığı höküm sürür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Bərpa Mərkəzində vəziyyət isə daha acınacaqlıdır. Xüsusən də əlilliklə bağlı təyinatların yenidən yoxlanılmasından sonra proses daha da ciddiləşib.
Mərkəzə qəbul Tibbi-sosial ekspertiza komissiyaları, müalicə-profilaktika müəssisələri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişləri əsasında həyata keçirilir. Xəstələrin reabilitasiyası stasionar və ambulator olaraq aparılır.
Mərkəzdə sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirilir. Elə uşaqlar olur ki, əlillikdən əlavə ildə 2-3 dəfə müalicə almaq məcburiyyətindədir.
Amma müalicə ala bilirlərmi?
Eyni proses Uşaq Nevroloji Xəstəxanasında da baş verir. Burda da eyni ilə çarpayı çatışmazlığı mövcuddur.
XəzərNews.az-a müraciət edən valideyn Həsən Əlixanov (ad və soyad şərtidir) bildirir ki, bu günlərdə hər iki xəstəxanaya müraciəti cavabsız qalıb:
“Əlilliklə bağlı övladımı Tibbi-sosial ekspertiza komissiyasının göndərişi ilə Bakı Uşaq Bərpa Mərkəzinə aparmışam, deyirlər yer yoxdur, may ayının sonlarında yaxınlaşın. Eyni proses Uşaq Nevroloji Xəstəxanasında da höküm sürür. Burda da cavabları bu oldu ki, fevralın sonu gəlin. Amma mənim uşağım illərdir bu xəstəxanada ildə ən azı iki dəfə müalicə alır. Nə edəcəyimizi bilmirik”.
Qedy edək ki, bu proses illərdir hər iki xəstəxanada davam edir. 14-15 günlük müalicə kursunu almaq istəyən uşaqlar bəzən aylarla gözləməli olurlar. Bəzi həkimlərin qəbuluna düşmək isə bir ayrı dərddir. Bunun üçün xəstə sahibi səhər saat 7:00-dan etibarən qapının ağzını kəsdirməli, həkimin qəbuluna düşməli, yer ala bilib-bilməyəcəyini müəyyənləşdirməlidirlər.
Yusif Əli
XəzərNews.az
Xəbər 611 dəfə oxunub.