“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı


24.04.2017  13:08 

İtlərinə toy edən iş adamı DANIŞDI - VİDEO





A+  A-

Goranboy rayonunda yaşayan tanınmış biznesmen Qalib Mustafayevin Amon və İsida adlı cins itlərinə səs-küylü toy eləməsi ictimaiyyət arasında və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Goranboy rayonunda həmin iş adamına məxsus “Qalib Group” MMC-nin zavodunun həyətində baş tutan məclisdə çoxlu qonaqlar olub. İş adamı itlərin toyuna qonaqları xüsusi dəvətnamə ilə çağırıb. Məclisi aşıq idarə edib və saz və balabanla mahnılar səslənib, itlərin sağlığına araq badələri qaldırılıb, xoş sözlər deyilib, tort kəsilib, süfrəyə aş gətirilib.
Məsələ ilə bağlı iş adamı Qalib Mustafayev açıqlama verib.
“Mən yüzlərlə insana çörək verirəm, müəssisəmizdə yüksək texnologiyalara cavab verən məhsullar istehsal edirik. “Ölkədə sosial vəziyyət pis olduğu halda Qalib itinə toy edir” fikri məntiqsiz ifadədir. Toy edib nə etmişəm? 5 nəfər dostun bir yerə yığılıb çörək yeməyə, zarafatlaşmağa haqqı yoxdurmu bu ölkədə? Biz hər zaman dövlətimizi sevmişik, işlərimizi qanuna müvafiq qurmuşuq. Hər il yeni iş yerlərinin açılmasına çalışırıq. Heç kim yaxşı işlərimizi görmür, amma götürüb itin şəkillərini qoyub müzakirə açırlar”.
A.Mustafayev bu məlumatı yayanların qərəzli olduğunu deyib:
“Videodan da görünür ki, sadəcə 5-6 nəfər birlikdə yemək yeyir. Burda qəbahətli nə var ki? O ki qaldı məclisdə xəstə insanın ələ salınmağına, bu, ağ yalandır. Biz həyatı boyu heç kimi ələ salmarıq. Biz əqli cəhətdən və digər əlilliyi olanlara dəstək vermişik. Maraqlansanız, görərsiniz ki, biz hər il “Çernobıl” əlillərinə, Qarabağ veteranlarına yardım edirik. Necə olursa, Qalib Mustafayevin etdiyi müsbət əməllər anılmır, məntiqsiz məlumatlar tirajlanır”.
Qeyd edək ki, Qalib Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir və xaricdən Azərbayana elektronika malları gətizdirir.

(modern.az)

Xəbər 2014 dəfə oxunub.





27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür


BÜTÜN XƏBƏRLƏR +