“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı


24.02.2017  10:33 

XİN-dən Avropa Parlamentinin deputatına şillə kimi CAVAB





A+  A-

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətnin rəhbəri Hikmət Hacıyev barəsində Baş Prokurorluq tərəfindən cinayət işi açılmış Frank Engelin Ermənistan mediasına və Yaromir Ştetinin Çexiya televiziyasına açıqlamasını şərh edib.
XəzərNews.az-ın məlumatına görə, XİN rəsmisi bildirib ki, Avropa Parlamentinin deputatı olmaq heç kimə digər dövlətlərin qanunlarını, beynəlxalq hüququn norma və prinsiplərini pozmağa əsas və ya immunitet vermir.
“ Frank Engel, Yelen Teoxarus və Yaromir Ştetin kimiləri davamlı olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bötüvlüyünün pozulmasına çağırışlar edir və bu istiqamətdə əməli fəaliyyət həyata keçirir, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaradılmış qanunsuz rejimin və aqressiv separatizmin propaqandası ilə məşğul olur, dezinformasiya, etnik və dini zəmində nifaq və ayri-seçkilik yayırlar.

Bütün beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi halda, bu şəxslər Ermənistan və qondarma rejimlə əlbir olaraq, münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini pozmağa və qəsdən regionda onsuz da kövrək olan vəziyyəti gərginləşdirməyə çalışır və Ermənistanın xeyrinə lobbist fəaliyyət həyata keçirirlər”.

Hikmət Hacıyev deyib ki, Avropa Parlamenti üzvlüyündən sui-istifadə edərək onların bu kimi qanunsuz əməlləri ilk növbədə Avropa İttifaqının və Parlamentinin əsasını təşkil edən universal dəyərlərə ziddir.
“Bir milyondan artıq Azərbaycanlının qanlı etnik təmizlənməsinə, Xocalı soyqırımına göz yumaraq müəyyən maraqların və siyasi sifarişlərin müqabilində onların bu kimi təxribatçı və rasizm təmayüllü fəaliyyəti eləcə də Avropa seçicilərinə, Avropa Parlamentinə hörmətsizlik və vicdansızlıqdır. Təəssüflə qeyd etməliyik ki, bu kimi şəxslər öz qanunsuz əməlləri ilə geniş ictimai rəydə Avropa Parlamentinin nüfuzuna xələl gətirirlər.

Azərbaycanın Avropa İttifaqı və üzv dövlətlərlə dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafından daim narahat olan bu şəxslər Avropa İttifaqının özünün maraqları əleyhinə fəaliyyət göstərdiklərini əməlləri ilə sübut edirlər.

Barələrində cinayət işi açıldıqdan sonra indi bu şəxslərin öz qanunsuz əməllərinə “demokratiya” donu geyindirməyə və Avropa Parlamentinin çətiri altında gizlənməyə çalışmaları heç bir mənəvi-etik və hüquqi çərçivələrə sığmır.

Cinayət işi çərçivəsində ölkəmizin qanunları və qoşulduğumuz beynəlxalq sənədlər üzrə daşıdığımız öhdəliklərindən çıxış edərək bu şəxslərə münasibətdə zəruri hüquqi təqib addımları atılacaq”-deyə o əlavə edib.

Xəbər 2902 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti


BÜTÜN XƏBƏRLƏR +