QHT Agentliyi qrant müsabiqələrini elan etdi
Bir ev, bir ailə — dörd şübhəli - Oğuzda əməliyyat
“Alkagesta”nın arxasındakı gizli əl Adnan Əhmədzadə olub?
Həmkəndlisini döyə-döyə öldürüb
Bu ölkələrə yardım ediləcək -Donald Tramp
İran Prezidenti ABŞ-a səfər edəcək
CHP-də yenidən sədr seçilib
Prezident: Regionda inam və təhlükəsizlik əsas hədəfdir
Daha bir təyyarə təcili eniş etdi
Putinin diqqət çəkən AÇIQLAMASI -VİDEO


18.05.2022  18:30 

7 elmi müəssisənin gəliri cəmi 341 min manat!





A+  A-

Təsəvvür edin ki, AMEA-nın nəhəng qurumlarının, Riyaziyyat və Mexanika İnstitutu, Fizika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu , Radiasiya Problemləri İnstitutu və Biofizika Institutunun birlikdə elmi-innovativ fəaliyyətindən əldə etdikləri gəlir ağlasığmaz dərəcədə azdır.

Hansı ki, bu elmi müəssisələrdə toplam 948 nəfər elmi işçisi çalışır.

Xarici təcrübəyə diqqət etsək görmək olar ki, bu tip elmi-tədqiqat müəssisələrinin gəlirləri milyonlarla ölçülür.

Görünür ki , ölkədəki mövcud mühit elmi müəssisələrin tətbiqi və innovativ fəaliyyəti üçün ciddi problemlər yaradır.

Bu qeyd olunan rəqəm ötən ayın sonu keçirilən AMEA-nın Ümumi yığıncağında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında akademik Rasim Əliquliyevin hesabatında qeyd edilib.

Ümumiyyətlə, AMEA-nın vitse-prezidenti olan Rasim Əliquliyevin bu hesabatına diqqət yetridikdə görmək olar ki, burada görülən işlərdən daha çox problemlərə və elmi islahatlara, təkliflərə yer ayrılıb.

Hesabatdan görünür ki, AMEA-da həqiqətən ciddi islahatlara ehtiyac var.

Ağlasığmazdır ki, AMEA Rəyasət Heyəti aparatının adi siravi işçilərinin, inzibati işçilərin əmək haqları elmi institutların baş direktorlarının maaşından dəfələrlə çoxdur.

Maraqlıdır ki, AMEA Rəyasət Heyətinin aparatında işləyən inzibati işçilərin sayı 465 nəfərdir, hansı ki bu rəqəm ən böyük Nazirliyin aparat işçilərindən 5-6 dəfə çoxdur.
Yaradıcı elmi işçilərə beynəlxalq elmi bazalarda elmi əsərlər dərc etdirdiyinə görə hər hansı mükafatlar verilmir və s.

Adı çəkilən Hesabatda AMEA-nın hüquqi statusuna yenidən baxılması, AMEA-nın fəaliyyətini tənzimləyən, islahatlara yol açan hüquqi-normativ bazanın yaradılması, AMEA-da elmin təşkili və idarə edilməsinin yenilənməsi və s. təklif edilib.

Osman Gündüz

Xəbər 8715 dəfə oxunub.




21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib

21.09.2025  19:06 

Tərtərdə qandonduran HADİSƏ

20.09.2025  20:32 

Papoyan ABŞ-a səfər edəcək

20.09.2025  19:47 

Tovuzda kişi meyiti TAPILIB

20.09.2025  19:42 

Sabiq direktora HÖKM OXUNDU -FOTO


BÜTÜN XƏBƏRLƏR +