Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


08.01.2021  18:26 

“Brent”in qiyməti 55 dolları keçdi





A+  A-

Bu gün dünya bazarlarında neftə tələbatın artması ilə bağlı ümidlərin təsirilə qiymətlər artıb, “Brent” markalı neft də ötən ilin 26 fevral tarixindən bu yana ilk dəfə 55 dollarlıq həddi keçib.
XəzərNews.az xəbər verir ki, “Brent” markalı neftin mart fyuçersləri 1,43 faiz bahalaşaraq 55,16 ABŞ dollarından, WTI markalı neftin fevral fyuçersləri də 1,18 faiz bahalaşaraq 51,43 dollardan satılıb.

Hazırda görülən dəstək tədbirləri nəticəsində iqtisadiyyatın dirçəlməsi, bununla da neftə tələbatın artacağına dair bazarda gözləntilər artıb. Bununla yanaşı, yanvarın 5-də OPEC+ Nazirlər Monitorinq Komitəsi tərəfindən cari hasilat səviyyəsinin fevral və mart aylarında saxlanması, yalnız Rusiya və Qazaxıstanın hasilatı artıracağı barədə qərar verilməsi də neft bazarına təkan verib.

Bununla belə “Fujitomi Co.”nun eksperti Kazuhiko Saito “Reuters”ə bildirib ki, koronavirusa qarşı məhdudlaşdırıcı tədbirlərin artması nəticəsində yanacağa tələbatın səngiməsi bazardakı artımı əngəlləyə bilər.

Xəbər 3726 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +