Bu ölkələrə yardım ediləcək -Donald Tramp
İran Prezidenti ABŞ-a səfər edəcək
CHP-də yenidən sədr seçilib
Prezident: Regionda inam və təhlükəsizlik əsas hədəfdir
Daha bir təyyarə təcili eniş etdi
Putinin diqqət çəkən AÇIQLAMASI -VİDEO
Məktəb qrant layihələrinə ayrılan milyonları kimlər mənimsəyir?
İstanbulda güclü yanğın baş verib
Azərbaycan hərbi tarixinə AĞIR İTKİ
Adnanın neft fırıldağında gizli şəbəkə və Rusiya amili - Sensasion detallar


07.10.2020  16:50 

İşğal edilmiş torpaqlarımızda qanunsuz sahibkarlar 307 milyon gəlir əldə ediblər





A+  A-

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan şəxslərə qarşı kəsərli cinayət-hüquqi tədbirlərin tətbiqi Baş Prokurorluq tərəfindən daim nəzarətdə saxlanılmaqla davam etdirilir.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən qızıl və və digər metal filiz yataqlarını istismar edən, eləcə də nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, qanunsuz saat satışı, bankçılıq fəaliyyəti ilə məşğul olan şirkətlər müəyyən edilərək barələrində məhkəmə qərarı əsasında vergi yoxlamasının keçirilməsi təmin edilib.

Vergi yoxlamalarının nəticələri və məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən ümumilikdə, 6 şirkətin 306 milyon 821 min manat məbləğində külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmin cinayət işləri üzrə axtarışda olan 12 şəxsin tutularaq Azərbaycan Respublikasına ekstradisiyalarına nail olunması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib.

Bundan başqa, bir qrup şəxsin Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 2002-ci ildən etibarən gəlmələrinə, “Azıx mağarası”nda arxeoloji qazıntı işləri apararaq, tarixi, elmi və mədəni dəyəri olan əşyaları talamaları və digər qanunsuz hərəkətlərə yol vermələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq və dövlətlərarası axtarışa elan olunub.

Nəzərə çatdırılır ki, qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib.

Həmçinin, prokurorluq orqanlarında Dağlıq Qarabağ və ətraf rayonlara qanunsuz səfərlər etmiş şəxslər barədə cinayət işləri istintaq olunur.

Baş Prokurorluq tərəfindən Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində beynəlxalq hüquq normaları çərçivəsində kəsərli tədbirlərin görülməsi təmin ediləcək.



Xəbər 4982 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib

21.09.2025  19:06 

Tərtərdə qandonduran HADİSƏ

20.09.2025  20:32 

Papoyan ABŞ-a səfər edəcək

20.09.2025  19:47 

Tovuzda kişi meyiti TAPILIB

20.09.2025  19:42 

Sabiq direktora HÖKM OXUNDU -FOTO

20.09.2025  19:32 

Goranboyda AİLƏ FACİƏSİ

20.09.2025  19:28 

Daha bir soydaşımız həlak oldu

20.09.2025  18:21 

“Formula 1“də daha biz qəza


BÜTÜN XƏBƏRLƏR +