İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


23.10.2017  18:26 

Məhkum necə qaça bilər? - Kənardan kömək ehtimalı...





A+  A-

Ədliyyə Nazirliyi Penitensiar Xidməti qaçan məhkumlarla bağlı yayılan iddialara münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, mətbuat xidmətinin rəhbəri, polkovnik Mehman Sadıqov musavat.com-a açıqlamasında bildirib ki, səsləndirilən fikirlər sadəcə olaraq fərziyyə və iddiadır. “Hazırda bu işlə bağlı istintaq gedir. Suallara da istintaq cavab verəcək. Qeyd edilən hallara da hüquqi qiymət veriləcək” - deyə polkovnik M.Sadıqov qeyd edib.

Bildirək ki, bu gün Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş Etibar Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış Əli Ağami müşayiət altından qaçıblar. Mətbuatda və sosial şəbəkələrdə məhkumların necə qaçması ilə bağlı fərqli fikirlər səsləndirilir. İddia edilir ki, həmin məhkumların kənardan dəstək olmadan qaçması mümkün deyil. Hər iki şəxsin qaçırılması ilə bağlı da iddialar var.

Müsavat Partiyası başqanının həbs həyatı yaşamış müavini Yadigar Sadıqov da bu barədə fikirlərini sosial şəbəkədə yazıb. Dustaq olduğu müddətdə bir neçə dəfə qatarla aparıldığını qeyd edən Y.Sadıqov kriminal avtoritetlərin qaçışında kənardan köməyin olması ehtimalını istisna etməyib. “2 nəfər dustaq qatarından qaçıb. Dustaq qatarı ilə 8 dəfə Lənkərana, 5 dəfə Şirvana getmişəm. Kənardan kömək olmadan oradan qaçmaq mümkün deyil. Azərbaycan da kiçik ölkədir, qatara gecə minib, səhər düşürsən. Rusiya deyil ki, günlərlə yol gedəsən, yavaş-yavaş döşəməni mişarlayasan. Döşəmə də indi taxta deyil” - deyə Y.Sadıqov yazıb.

“Qafqazinfo” bir məsələni da vurğulamağı vacib hesab edir ki, bu fakt üzrə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Başlayan cinayət işlərindən birinin “vəzifə səlahiyyətlərindən sui-istifadə” haqda olduğunu nəzərrə aldıqda avtorritetlərrin qaçmasında digər şəxslərin iştirak etdiyini də söyləmək mümkündür.

Qeyd edək ki, həbsdən qaçan şəxslər hazırda axtarılır.

Xəbər 2299 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +