İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


18.09.2017  09:43 

Bu içkilərə öküz sperması qatılır - Daha bir xəbərdarlıq





A+  A-

Bir neçə il əvvəl bir çox Avropa ölkələrində qadağan olunan energetik içki brendləri təəssüf ki, qısa müddətdə Azərbaycana və bütün postsovet ölkələrinə sürətlə yayılıb. Bu içkilərin zərərləri, hətta ölümə səbəb olması barədə yayılan məlumatlar, tələbatı azaltmaq əvəzinə, artırır.
XəzərNews.az xəbər verir ki, qida mütəxəssisi və dietoloq Leyla Zülfüqarova Medicina.az-a bildirib ki, enerji içkiləri insanları məhvə aparırır: "Mən bu içkilərə enerjiverici yox, enerjisovurucu, enerjidağıdıcı içkilər deyirəm. Çünki tərkibində elə maddələrin birləşməsi, yüksək kofein vardır ki, bunların artıq dozada qəbulu insanı məhvə aparır”.

Mütəxəssis bu içkilərlə bağlı daha çox yayılan "Energetik içkilərdə öküz sperması, sidiyi qatılır” şayiələrə də münasibət bildirib:

"Energetik içkilərin tərkibində Taurin var. Bu bir amin turşudur. İnsan orqanizmində də, heyvanlarda da ifraz olunur. Bu, daha çox öküzün ödü və spermasında var. Təbii ki, sənayedə insan taurinindən yox, öküzlərdən alınmış taurin istifadə olunur. Energetik içkilər o qədər çox istehsal olunur ki, ehtimal var ki, taurin məhz öküz spermasından qaynaqlanır.

Təhlükə təkcə taurin deyil ki.. İçkilərin tərkibində şəkər, kofein də çoxdur.



İnsan orqanizminin gündəlik kofein norması 300-400 mq-dır. Gün ərzində çay, kofe, qazlı içkilər, bəzi yeməklərlə kofein dozasını alırıq. İndi təsəvvür edin, bir-iki banka da energetik içki içərsə, orqanizmə sanki kofein bombası düşür, beyin, qan dövranı, ürək, sinirlər ikiqat yüklənir, sürətlə işləyir və 1 saatın içində olan-qalan enerjini də aparır. Halbuki həmin enerji 1 gün bəs edərdi. Ona görə uşaqlar, gənclər yatmır, yatsa da yuxudan doymur, yorğun, halsız, key kimi olur.

Nevroz, nevrasteniya, apatiya, yorğunluq, bir sıra beyin pozulmaları başlayır”.

Leyla Zülfüqarova bu içkilərin ölümə səbəb ola biləcəyini istisna etməyib: "Avropada və Rusiyada bu içkiləri çox qəbul edən 1-2 gəncin ölümü faktları var. Azərbaycanda bu fakt var, ya yoxdur, dəqiq bilmirəm. Bəlkə də hər hansı gənc ürək tutmasından vəfat edib, amma heç kim onun energetik içki qəbul edib-etməməyinin fərqinə varmayıb.

Energetik içkilər 2 cür olur: alkoqollu və alkoqolsuz. Alkoqolluda dediklərim ikiqat dozadadır. İstirahət mərkəzlərində masada energetik alkoqollu və digər spirtli içkilər görürük. Bunlar birgə qəbul olunur, bu isə fəlakətdir. Ona görə yollarda vəhşiləşmiş sürücülər artır. Energetik içkiləri davamlı olaraq qəbul edən sürücülər təhlükə mənbəyidir.

Son zamanlar insanlarda vəhşilik, quduzlaşma, canavarlaşma sindromu çoxalıb. Kişilər ətrafa, özünə, ailəsinə qarşı qəddarlaşır. Mənəvi – maddi problemləri önə çəkirlər, amma birinci növbədə nə yeyib-içdiyimizə diqqət yetirməliyik. Xüsusən analar oğlan uşaqları və yeniyetmələri bu içkilərdən uzaq tutmalıdır”.

Xəbər 1081 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +