İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


02.03.2017  12:20 

Siqaret satışında süni problemlər yaradılır - Vergilər Nazirliyi





A+  A-

2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara əsasən, ölkə ərazisində tütün məmulatlarının satışının nağdsız qaydada həyata keçirilməsi təsbit edilib.
Lakin bəzi iri topdansatış müəssisələri siqaretin nağdsız şəkildə satılmasına maraq göstərmir. Bu da eyni zamanda siqaretin satışında süni problemlər yaratmaq cəhdləri ilə nəticələnir.

XəzərNews.az xəbər verir ki, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov Azərtac–a müsahibəsində bu aktual mövzuya toxunub. Onun sözlərinə görə, qanuna əsasən, həmin məhsulların pərakəndə satışı istisna olmaqla, alqı-satqısı yalnız nağdsız qaydada aparılmalıdır. Pərakəndə satış mağazaları siqaret aldıqları topdansatış müəssisəsinin bank hesabına pul köçürməli, yaxud əməliyyatları bank kartları vasitəsilə həyata keçirməlidir. Qanunvericiliyin təkmilləşdirilməsinin əsas məqsədi aksizli malların satışı sahəsində şəffaflığa, ticarət obyektlərində uçot işinin düzgün təşkilinə nail olmaqdır. Bəzi pərakəndə satış obyektləri topdansatış şəbəkələrindən siqaret ala bilmədiklərini, firmaların kiçik sahibkarları siqaretlə təmin etmədiklərini iddia edirlər. Nəticədə isə mağazalarda siqaret qıtlığı yaranır.

Şamil Ərəbov deyib ki, tütün məmulatlarının nağdsız qaydada satışı 2016-cı ilin yanvarından nəzərdə tutulsa da, dövlət bu sahənin ticarəti ilə məşğul olanlara güzəşt edərək onlara 1 il müddət verdi. Bu, həmin malları satanların yeni qaydalara uyğunlaşmaq üçün hazırlıq müddəti idi.

Aparılan məlumatlandırma-təşviqat tədbirlərinə və yaradılmış bütün imkanlara baxmayaraq, ictimai iaşə, topdan və pərakəndə ticarət obyektləri, aksizli malların (tütün məmulatları) satışı ilə məşğul olan bəzi sahibkarlar fəaliyyətlərini yenə də qanun çərçivəsində qurmur və nağdsız hesablaşmalara keçmirlər. Siqaretin satışında süni problemlər yaratmaq cəhdlərinin kökündə də məhz bu amillər dayanır.

Xəbər 2749 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +