“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


27.07.2023  09:52 

Nadir Səlifov onun qulağını, o da Nadir Səlifovun ömrünü kəsdi...





A+  A-

Rusiya mətbuatı "qanuni oğru", “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətli ilə bağlı yeni məlumat yayıb.

Belə ki, Lotu Qulinin öz rəqibi, Rafiq Masallılı kimi tanınan Rafiq Eyvazovun sifarişi ilə öldürüldüyünə dair yazılar dərc edilir. Bu, həmin şəxsdir ki, Lotu Qulinin tapşırığı ilə qulağı kəsilib. Başqa sözlə, Nadir Səlifov onun qulağını, o da Nadir Səlifovun ömrünü kəsdi.

“Əməliyyatın maliyyələşdirilməsində hətta Rövşən Lənkəranskinin adamlarının da adı çəkilir", -deyə "Rosbalt" yazır. Əməliyyata hazırlıq uzun müddət aparılıb, bunun üçün yüz minlərlə dollar xərclənib.

“Rosbalt" öz mənbəyinə istinadən yazır ki, Səlifovun qətli əslində "isti izlərlə" açıldığı kimi olmayıb.

Killer Xaqan Zeynalov Lotu Quli ilə xüsusi məqsədlə yaxınlaşıb. 20 avqust 2020-ci ildə Antalyadakı otelə gedib və orda Quli ilə görüşüb.

Onlar mühafizədən uzaq xüsusi otaqda oturublar. Məqsəd maliyyə ilə bağlı məsələni müzakirə etmək olub. Birdən güllə səsi eşidilib və Zeynalov otaqdan qaçaraq Səlifova snayperin atəş açdığını deyib. Mühafizəçilər otağa gedib. Onlar əvvəlcə snayper məsələsinə inanıblar, ancaq qısa müddət sonra məsələnin belə olmadığı aydınlaşıb.

Mühafizəçilərdən biri Eyvazovun arxasınca gedərək onu tapıb cəzalandırmaq istəyib. Ancaq ikincinin bəxti gətirib, polis onu saxlayıb. Digər tərəfdən, mənbə bildirib ki, hazırda həbsdə olan Eyvazoun durumu o qədər də yaxşı deyil, çünki Lotu Qulinin həbsdə çox sayda tərəfdarı var.

İstintaq göstərib ki, qətlə hazırlıq ciddi aparılıb. Lotu Quli Xaqan Zeynalovla uzun müddət tanış olmasına baxmayaraq, Zeynalov onun mafioz yaxın ətrafına daxil ola bilməyib. Gözlənilmədən Xaqan Zeynalov Lotu Quliyə maliyyə yükü böyük olan planlar təqdim edib. Məsələn, Lotu Qulinin adından istifadə edərək azərbaycanlı biznesmenlər arasındakı mübahisələri həll etmək təklifini irəli sürüb.

Ən əsası isə Xaqan Zeynalov Lotu Quliyə icra olunan işlərdən böyük həcmdə “pay" gətirib. Əvvəlcə bu rəqəm on minlərlə dollar olub, daha sonra isə yüz minlərə yüksəlib. Beləliklə, Lotu Quli ona böyük işlər etibar edib. Buna görə də Lotu Qulinin öz qatili ilə mühafizədən kənar söhbət etməsi inandırıcıdır.

Agentliyin məlumatına görə, əslində Xaqan Zeynalovun Lotu Quliyə təqdim etdiyi külli miqdarda vəsait ona Rafiq Eyvazov tərəfindən verilib. Başqa sözlə, Lotu Quliyə verilən pul onun etibarını qazanmaq üçün Eyvazov tərəfindən bilərəkdən ayrılıb. Bu məsələdə, yəni planın maliyyələşdirilməsində isə Rövşən Lənkəranskinin adamlarının adı hallandırılır.

Rafiq Eyvazovla Lotu Quli heç vaxt yaxın münasbətdə olmayıblar. 2013-cü ildə Zeynalov həbs olunanda isə Lotu Quli onun "oğru" statusundan məhrim edildiyini bildirib. 2017-ci ildə isə münasibətlər daha da kəskinləşib. Səlifovun adamları Rafiq Eyvazovun qulağını kəsərək onu cəzalandırıb.

“Eyvazov buna görə intiqam alacağını bildirib və beləlikə plan işə salınıb. 2017-ci ildə Rafiqin cəzalandırılmasında iştirak etdiyi deyilən iki nəfər öldürülüb. Bunlardan biri Gürcüstanda güllələnən Elşən Məmmədovdur. Onun Lotu Qulinin yaxın adamı olduğu deyilirdi. Bütün bu müddətdə Rafiq Eyvazov Lotu Qulidən intiqam almaq üçün plan üzərində işləyib və sonunda buna nail olub",-deyə mənbə bildirib.//azerforum.com/

Xəbər 5825 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +