Məktəb qrant layihələrinə ayrılan milyonları kimlər mənimsəyir?
İstanbulda güclü yanğın baş verib
Azərbaycan hərbi tarixinə AĞIR İTKİ
Adnanın neft fırıldağında gizli şəbəkə və Rusiya amili - Sensasion detallar
Polşa təyyarələri havaya qalxdı...-BU ÖLKƏYƏ GÖRƏ
Papoyan ABŞ-a səfər edəcək
Tramp bu prezidentlərlə ağ evdə görüşəcək
Pezeşkian: Nüvə obyektlərimizi vursalar...
Zelenski “Koreya ssenarisi”nə müraciət edib
Adnan Əhmədzadənin həbsində sensasion detallar üzə çıxdı


17.09.2025  17:41 

Maaşımızdan 14% vergi tutulacaq... - Pensiya yığımları azalacaq





A+  A-

Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Hələlik müddətin uzadılıb-uzadılmayacağı barədə rəsmi açıqlama verilməyib.

Güzəşt 2019-cu ildən tətbiq edilir.

Güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq.

İqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında qeyd edib ki, 2019-cu ilin yanvar ayından tətbiq edilən bu güzəştin əsas məqsədi cəmiyyətdə işəgötürənlərin və işçilərin əməkhaqlarının rəsmiləşdirilməsinə, habelə vergilərin ödənilməsinə marağın artırılmasına nail olmaq idi:

“Güzəşt yalnız özəl sektor – qeyri-dövlət və qeyri-neft sektoru üçün nəzərdə tutulmuşdu. Beləliklə, neft sektoruna aid olmayan bütün özəl şirkətlər bu güzəştdən yararlanmış oldular.

Bu güzəştin müddəti 7 il müəyyən edilmişdi. Hazırkı proqnozlar isə onu göstərir ki, dövlət bu müddəti uzatmağı planlaşdırmır, məhz bu səbəbdən də artıq vergi yığımlarının artacağı gözlənilir. Bu isə onu deməyə əsas verir ki, həm şirkətlərin, həm də vətəndaşların üzərinə düşən vergi yükü əvvəlki səviyyəyə qayıdacaq və ya artacaq”.

Ekspert bildirib ki, hazırda vətəndaşların əməkhaqlarından ayırmaların 2%-i icbari tibbi sığorta, 0.5%-i işsizlik sığortası, 10%-i isə pensiya fonduna (bu vəsait vətəndaşın şəxsi pensiya kapitalına) yönəldilir.

Ancaq güzəştin bitməsi ilə bu sistem dəyişəcək. Yeni qaydalara əsasən, vətəndaşlar artıq 14% gəlir vergisi ödəyəcək, pensiya fonduna ödəniş 10%-dən 3%-ə endiriləcək, 2.5% icbari tibbi sığorta və 0.5% işsizlik sığortası saxlanılacaq”.

İqtisadçının sözlərinə görə, dövlət və neft sektorunda çalışan şəxslərlə bərabər, özəl sektorda çalışanlar da eyni vergi yükünə tabe olacaqlar:

“Məsələn, məktəbdə çalışan müəllimlər gəlir vergisi ödəyirsə, artıq özəl sektorda çalışan əməkdaşlar da bu vergini ödəməli olacaqlar. 7 illik güzəşt dövründə həm vətəndaşların, həm də şirkətlərin vergi yükü təqribən 7-8% azalmışdı. İndi isə bu yüklər əvvəlki vəziyyətdə bərpa olunacaq.

Pensiya fonduna ödənilən 10%-lik pay vətəndaşın şəxsi pensiya kapitalının artırılmasına xidmət edirdisə, indi bu məbləğin 3%-ə enməsi şəxsi pensiya yığımlarının da azalmasına səbəb olacaq. Nəticə etibarilə, həm vətəndaşların, həm də şirkətlərin üzərinə düşən vergi yükü artacaq və bu da öz növbəsində, əmək bazarında müəyyən dəyişikliklərə səbəb ola bilər”./“Qafqazinfo”

Xəbər 1310 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.09.2025  20:32 

Papoyan ABŞ-a səfər edəcək

20.09.2025  19:47 

Tovuzda kişi meyiti TAPILIB

20.09.2025  19:42 

Sabiq direktora HÖKM OXUNDU -FOTO

20.09.2025  19:32 

Goranboyda AİLƏ FACİƏSİ

20.09.2025  19:28 

Daha bir soydaşımız həlak oldu

20.09.2025  18:21 

“Formula 1“də daha biz qəza

20.09.2025  17:38 

Adnan Əhmədzadə həbs EDİLDİ

19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA


BÜTÜN XƏBƏRLƏR +