Azərbaycan gömrüyü 6 bankı özünə “yaxın buraxmır“
Bu dəfə də ərəblər insanların başına butulka atırlar
“Delta Telekom”a hücum Rusiyadan ola bilərmi? – Ekspertdən AÇIQLAMA
“Delta Telekom”a kiberhücum olub
Direktor olmaq istəyərkən 20 000 manat ziyana düşdü
Fərid Zeynalov DOST-dakı vəzifəsindən nazirliyə getdi
Zelenski Rusiyanın şərtlərindən birini rədd etdi
Avtobus sürücüsü sükan arxasında “Tiktok” izləyir
Zelenski Ukraynada seçkilərdən danışıb
Rusiya ordusu Xersonu vurdu


19.08.2025  16:27 

Nazirlik rəsmiləri sahibkarlardan necə pul alıblar?





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

XəzərNews.az Musavat.com-a istinadla xəbər verir ki, hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir.

Prosesdə ilk dindirilən şahid Arzuman Yaqubov olub. Şahid müttəhimləri tanımadığını bildirib. Deyib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ölkəyə İrandan yuyucu tozlar idxal edir. Sahibkar ölkəyə gətirdiyi yuyucu tozlara sertifikat almaq üçün Samir adlı şəxsə pul verdiyini, hər məhsul üçün 100-110 manat ödədiyini açıqlayıb.

Şahid Sərdar Xasayev də sahibkar olduğunu, Türkiyədən Azərbaycana gigiyenik vasitələr gətirdiyini deyib. O, müttəhimlərdən kimsəni tanımadığını, hər məhsul üçün 450 manat ödədiyini açıqlayıb. Ona verilən suala cavab olaraq - "Əgər ödəniş etməsəydim, mənə sertifikat verilməyəcəkdi", - deyib.

Kamran Əsədov bildirib ki, o, yalnız Tahir Vəliyevi tanıyır. Tahir Vəliyevlə şəxsi danışığı olmadığını, sadəcə onu tanıdığını diqqətə çatdırıb. Məlum olub ki, şahid ölkəyə xaricdən kremlər gətirir və gətirdiyi mallara görə gömrük orqanına sertifikat təqdim etməlidir. Buna görə də sertifikat almaq məqsədilə 250-300 manat ödəyib.

Şahid Nicat İsmayılov da ölkəyə İrandan, Çindən və Türkiyədən uşaq oyuncaqları gətirən sahibkardır. Məhkəmədə verdiyi ifadəsində bildirib ki, Ceyhun adlı şəxsə hər məhsul üçün 350 manat ödəniş edib, əvəzində ona sertifikat təqdim olunub. Sertifikatı gömrüyə təqdim etdikdən sonra malları götürüb.

Şahid Svetlana Allahverdiyeva "Saxa Kids" MMC-nin direktoru olduğunu, müttəhimlərdən biri ilə telefonla danışdığını bildirib. Onun sözlərindən məlum olub ki, hüquqi şəxs olaraq fəaliyyət göstərir. MMC Türkiyə, Almaniya və İngiltərədən uşaq geyimləri idxal edir. "Mallarımız gömrükdə idi və hər gün üçün 100 dollar ödəniş etməli olurduq. Bizə dedilər ki, 300 manat ödəniş edin, lisenziya verilsin", - deyə şahid məhkəmədə bildirib. Gömrüyə hər gün üçün niyə 100 dollar ödəməsinin səbəbini açıqlamayan şahid 300 manatı Samir, ya da Sahib adlı şəxsin kartına göndərdiyini bildirib. Bundan sonra ona lisenziya verildiyini və malları gömrükdən götürə bildiyini açıqlayıb.

Qeyd edək ki, ötən ilin may ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib. Nəticəsində publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev saxlanıblar. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. Tutulan vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.

İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvətalma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

Növbəti proses sentyabrın 16-na təyin olunub.

Xəbər 821 dəfə oxunub.




21.08.2025  21:52 

Bu yolda sürət həddi endirildi

21.08.2025  16:13 

“Qəbələ“ FK cərimələndi

21.08.2025  15:34 

Sabah iki rayonda qaz kəsiləcək

21.08.2025  15:00 

Ölkədə internet çökdü

21.08.2025  13:51 

Rusiya ordusu Xersonu vurdu

21.08.2025  13:26 

Sabah hava necə olacaq?

21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi


BÜTÜN XƏBƏRLƏR +