Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


26.07.2023  16:04 

Aİ və BMTİP sosial sahibkarlar üçün inkubasiya prosesinə başlayıb





A+  A-

Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı aprel ayında təşkil etdiyi İdeyalaşdırma Təlim Düşərgəsindən seçilmiş sosial sahibkarlar üçün inkubasiya mərhələsinə başlayıb.

XəzərNews.az xəbər verir ki, inkubasiya proqramı Aİ tərəfindən maliyyələşdirilən vətəndaş cəmiyyəti təşkilatlarına dəstək layihəsi çərçivəsində həyata keçirilir. İnkubasiya proqramına Ağdam, Bakı, Biləsuvar, Gəncə, Mingəçevir, Neftçala, Şəmkir, Şəki, Sumqayıt və Zaqataladan İdeyalaşdırma Düşərgəsi çərçivəsində ən yaxşı sosial biznes ideyaları ilə çıxış edən 41 iştirakçı vəsiqə qazanıb. Prosesin ilk 3 günlük təlimində biznesin sosial təsirini qiymətləndirmək məqsədi daşıyan “İnvestisiyadan sosial gəlir” adlı metod təqdim edilib və sosial hesabat üçün məlumatların vizuallaşdırılması və kommunikasiyası müzakirə edilib. Seminarlar sosial iqtisadiyyat, yerli və inklüziv inkişaf üzrə ixtisaslaşmış ARCO Araşdırma Mərkəzi (İtaliya) tərəfindən aparılır.

İnkubasiya Proqramı - sosial sahibkarlara öz biznes ideyalarını daha da təkmilləşdirmək və sosial faydalara diqqət yetirməklə bizneslərinin kommersiya aspektini gücləndirmək istiqamətində dəstək məqsədi daşıyır.

2 aylıq inkubasiyanın sonunda sözügedən sahibkarlar öz biznes planlarını yekunlaşdıracaq və 30-a qədər ən yaxşı plana sahib tərəflər sosial yönümlü bizneslərini həyata keçirməyə başlamaq üçün maliyyə dəstəyi əldə edəcəklər. Bu sosial bizneslər məşğulluq, inklüziv və daha münasib xidmətlər, yeni təhsil imkanları, “yaşıl” həllər və innovativ tərəfdaşlıqlar təklif etməklə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa töhfə verəcək.

İnkubasiya prosesi, Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi tərəfindən həyata keçirilir.

Layihə - siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək, ölkədə sosial sahibkarlığın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə onların potensialının gücləndirilməsini hədəfləyir.



Xəbər 2869 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +