Narkotikdən şübhəli bilinən 6 nəfər saxlanılıb
Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi


04.03.2017  15:27 

Azərbaycanlı iş adamının restoranı partladıldı, özü isə yaralandı





A+  A-

Ukraynanın Donetsk şəhəri ətrafında azərbaycanlı iş adamına məxsus restoranı partladılıb.
XəzərNews.az xəbər verir ki, Donetsk Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, hadisə martın 2-də baş verib. Partlayış nəticəsində restoranın sahibi, əslən Azərbaycanın Zərdab rayonundan olan 60 yaşlı İsmayıl Quliyev yaralanıb.

O, xəstəxanaya yerləşdirilib, müalicə olunur.

Hadisəni törədənlər maskalı olublar, onların kimliyi məlum deyil.

Qeyd edək ki, son vaxtlar Ukraynada azərbaycanlı iş adamlarına və onlara məxsus obyektlərə qarşı hücumlar, adam oğurluqları artıb, 25 azərbaycanlının naməlum şəxslər tərəfindən oğurlandığı bildirilir. Bu faktlarla bağlı Ukrayna Baş Prokuroluğu tərəfindən cinayət işi başlanılıb.


Xəbər 4298 dəfə oxunub.




06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +