Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


30.05.2023  12:41 

“Türkiyədə lirəyə təzyiqlər davam edir“ - Ekspert





A+  A-

Türkiyədə lirəyə təzyiqlər davam edir. Xarici valyuta qıtlığı səbəbindən alış və satış məzənnələri arasında 10 faizdən çox fərq vardır. Bu arada valyuta dəyişmə məntəqələri yaranmış vəziyyətdən yaxşı qazanırlar.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı alim Qubad İbadoğlu çıxış edib.

Q.İbadoğlu bildirib ki, banklarda xarici valyuta ilə depozitlərin faizlərini inanılmaz dərəcədə yüksəldən, valyuta rezervlərinə görə 21 il geridəki duruma düşən Türkiyə Cumhuriyyəti Mərkəzi Bankı (TCMB) yenidən valyuta yığımına başlasa da buna hələ nail ola bilmir, çünki, qeyri-müəyyənlik səbəbindən gözləmə mövqeyində olanlar TCMB-da yeni qərarlar gözləyirlər:

"Bu səbəbdən də TCMB lirənin məzənnəsinin kəskin ucuzlaşmasına imkan vermir. Əslində isə real bazar məzənnəsi rəsmi məzənnədən getdikcə uzaqlaşır və hazırda bu fərq 10-15 faiz arasında dəyişir.

Valyuta ilə depozitlərin "dövizdən dönən kur korumalı" yanaşması ilə 3, 6, 9 və 12 ay müddətdə cəlb edilməsinə çalışan TCMB qısa müddətli dövrdə valyuta ehtiyaclarını ödəməyə çalışsa da orta və uzun vədəli dövrdə bu banklar üçün böyük problemlər yaradacaq".

Xəbər 2873 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +