Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


26.09.2022  18:34 

Əvəz Zeynallının şikayəti təmin edilmədi





A+  A-

Həbsdə olan jurnalist, Xural TV”nin rəhbəri Əvəz Zeynallıın ev dustaqlığına buraxılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən şikayətə baxılıb.

XəzərNews.az xəbər verir ki, onun vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.

Vəkili Rəşad Vaqifoğlu qeyd edib ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Rəsmi ittihama əsasən, “Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynalovun “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən, Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbər 2808 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +